Texniki nəzarət üzrə baş mühəndis

İşin təsviri

1) Sifarişçi tərəfindən texniki nəzarətin tətbiq edilməsi:

· Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində sahə baxışlarının təşkili, monitorinq hesabatlarının hazırlanması və təqdim edilməsi

· Baş podratçı/podratçı icrasının norma və qaydalara (AzDTN), müqavilə və Sifarişçi tələblərinə uyğunluğunun yoxlanılması

· Risk əsaslı monitorinq planlarının hazırlanması, nəticələrin sənədləşdirilməsi, prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması

· Gecikmə, əlavə xərc və keyfiyyət risklərinin erkən müəyyən edilməsi, düzəliş və bərpa (recovery) planlarının tələb edilməsi

· Uyğunsuzluqlar üzrə düzəldici/önləyici tədbirlərin izlənməsi və bağlanma prosesinə nəzarət

· Kritik uyğunsuzluqlar zamanı işlərin dayandırılması və ya məhdudlaşdırılması barədə rəy/tələb irəli sürülməsi

2) Layihə sənədlərinin nəzərdən keçirilməsi:

· Konsept, eskiz, işçi layihə və dəyişikliklərin yalnız normativ uyğunluq baxımından deyil, həmçinin icra mümkünlüyünün (constructibility), texniki risklər, mərhələləşmə və resurs təminatı baxımından kompleks təhlil edilməsi.

· Layihə dəyişikliklərinin qrafik və büdcə təsirlərinin qiymətləndirilməsi

· Uzunmüddətli sifariş tələb edən material və avadanlıqların (long-lead items) icra planına və risk profilinə təsirinin qiymətləndirilməsi.

· Dəyər Mühəndisliyi (Value Engineering) və optimallaşdırma imkanlarının müəyyən edilməsi və icra perspektivindən əsaslandırılmış təkliflərin verilməsi.

3) Tikinti prosesinə nəzarət:

· Tikinti-quraşdırma işlərinin yalnız operativ nəzarəti deyil, icra performansının strukturlaşdırılmış şəkildə idarə olunması və Sifarişçi adından mərkəzləşdirilmiş icra nəzarət mexanizminin tətbiqi.

· Sahə səfərləri/monitorinqlər, Kritik iş mərhələləri (məsələn, beton tökülmə, MEP inteqrasiyası, fasad montajı və s.) öncəsi icra hazırlıq yoxlamalarının (pre-activity checks) təşkil edilməsi.

· Uyğunsuzluqların qeydə alınmasından sonra bağlanmasına qədər izlənilməsi

4) Müqavilə və maliyyə sənədlərinin texniki baxışı

· BOQ və ölçmələrin faktiki icra ilə uyğunluğunun yoxlanılması

· Ödəniş sertifikatlarının icra və müqavilə uyğunluğunun qiymətləndirilməsi

· Variations/əlavə işlər və claims üzrə texniki əsaslandırmanın təhlili, Sifarişçi mövqeyinin formalaşdırılmasına dəstək

5) Podratçı və subpodratçıların texniki qiymətləndirilməsi

· Texniki imkanların və icra qabiliyyətinin layihə miqyasına uyğunluğunun qiymətləndirilməsi

· Texniki uyğunsuzluqlar üzrə rəsmi bildirişlərin hazırlanması və bağlanmasına qədər izlənilməsi

· Aşağı performans hallarında düzəliş tədbirlərinin və zərurət olduqda heyət dəyişikliklərinin tələb edilməsi

6) Dövlət qurumları və üçüncü tərəflərlə koordinasiya

· Müvafiq dövlət qurumları, kommunal xidmətlər və ekspertiza orqanları ilə texniki məsələlər üzrə proseslərin mütəmadi izlənilməsi.

· İstismara qəbul prosesinin strukturlaşdırılmış şəkildə nəzarəti

· Tənzimləyici risklərin qrafikə təsirinin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi

7) Hesabatlılıq və idarəçilik dəstəyi

· Həftəlik və aylıq texniki hesabatların hazırlanması

· Tikinti icra sənədlərinin (aktlar, jurnallar, icra cizgiləri və.s) və texniki sənəd arxivləşməsinin yoxlanılması.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

· Daşınmaz əmlak və tikinti sahəsində normativ-hüquqi biliklər (AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi) və beynəlxalq tikinti standartlarını araşdırma bacarığı.

· Layihə, Müqavilə və BOQ sənədlərinin birgə texniki təhlili bacarığı.

· AutoCAD, MS Office bilikləri (qabaqcıl Excel biliyi).

· Tikinti metodologiyası, mərhələləşmə və icra risklərinin idarə olunması üzrə güclü bilik.

· Müqavilə və texniki sənədlərlə işləmə bacarığı.

· Güclü ünsiyyət, analitik və hesabat hazırlama bacarığı.

· Texniki analiz və risk qiymətləndirmə bacarığı.

Təhsil və iş təcrübəsi:

· Mühəndislik və ya Tikinti İdarəetmə sahəsində Ali təhsil (İnşaat mühəndisliyi və s.) olmalı.

· Tikinti və daşınmaz əmlak inkişaf layihələrində minimum 10 il ümumi peşəkar təcrübə olmalı.

· Böyük miqyaslı və yüksək büdcəli layihələrdə icra idarəçiliyi təcrübəsi olmalı.

· Bir çox layihə funksiyalarında (planlaşdırma, xərclərə nəzarət, texniki ofis, tender, müqavilələr) təcrübəyə üstünlük verilir.

· Sifarişçi/İnvestor tərəfində iş təcrübəsinə üstünlük verilir.

· Çox layihəli komandalarda iş təcrübəsinə üstünlük verilir.