İşin təsviri
İclas və Görüşlərin Təşkili və Protokollaşdırılması
- İclas və görüşlərdə iştirak etmək, qeydləri aparmaq və iclas protokollarını hazırlamaq;
- Protokolları iştirakçılarla paylaşmaq və müvafiq məlumat bazalarında qeydiyyata alınmasını təmin etmək;
- Tanışlıq və təhvil-təslim iclaslarında iştirak etmək, iclasların təşkilini təmin etmək və protokollaşdırmaq;
Sənədləşməyə Nəzarət və İdarəetmə
- Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənəd mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
- Layihələr üzrə hüquqi və rəsmi sənədlərin düzgün şəkildə qəbulunu, saxlanılmasını, yenilənməsini və paylaşılmasını təşkil etmək;
- Şirkətdən çıxan sənədlərin göndərilməsini və qeydiyyatının aparılmasını təmin etmək;
- Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyəti üzrə yönləndirilməsi və arxiv sistemində düzgün şəkildə saxlanılmasını təmin etmək;
Standartlara Uyğunluq və Keyfiyyət Təminatı
- Sənəd dövriyyəsinin daxili prosedurlara və ISO 9001 keyfiyyət standartına uyğun həyata keçirilməsini təmin etmək;
- Layihənin təhvil-təslimi zamanı sənədləşmə prosesinin düzgün icra olunmasına nəzarət etmək;
Koordinasiya və Əməkdaşlıq
- Sifarişçi, podratçı və icraçı şirkətlərlə sənəd mübadiləsinin koordinasiyasını həyata keçirmək;
- Tərəfdaş şirkətlərin lazımi sənədlər və nümunələrlə təmin olunmasını təşkil etmək;
Tender və Müqavilə Sənədləri ilə İş
- Təsdiqlənmiş tender sənədlərinin uyğunluğunu yoxlamaq, onları toplamaq, çapa vermək, razılaşdırmaq, bölüşdürmək və serverə yerləşdirmək;
- Təsdiqlənmiş müqavilələrin uyğunluğunun yoxlanılması, çapa verilməsi, razılaşdırılması, qeydiyyata alınması və aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək;
Elektron Sistemlər və Hesabatlılıq
- Aconex və digər sənəd idarəetmə sistemləri vasitəsilə tələb olunan vaxtda və formada sənəd yoxlama hesabatlarını hazırlamaq;
Əlavə Tapşırıqlar
- Şöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq koordinasiya işlərini yerinə yetirmək;
- Rəhbərlik tərəfindən verilən digər oxşar tapşırıqları yerinə yetirmək.
Tələblər
Müvafiq ixtisas üzrə ali təhsil;
Sənədlərə nəzarət üzrə ən azı 2 il iş təcrübəsi; mülki-sənaye tikinti sahəsində təcrübə üstünlük sayılır;
Layihələrin planlaşdırılması, icrası və monitorinqi prosesləri haqqında biliklər;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;
Kompüter bilikləri: MS Office proqramları, eləcə də BIW, Conject, Aconex və 1C proqram təminatlarında işləmə bacarığı;
Yüksək səviyyədə işgüzar yazışma və sənədlərlə işləmə bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.