İşin təsviri
- Mövcud elektrik layihə çertyojlarını və texniki sənədləri analiz etmək;
- Elektrik sistemləri üzrə İşçi Çertyojlar (Shop Drawing) hazırlamaq;
- AutoCAD və/və ya Revit proqramlarında 2D/3D çertyojlar hazırlamaq;
- İşıqlandırma (Lighting) və Qidalandırma/Xırda güc şəbəkəsi (Small Power) planlarını hazırlamaq;
- İşıqlandırma Dialux hesabatlarını analiz etmək və lazım gəldikdə hesabat hazırlamaq;
- Kabel kanalı (Cable tray), kabel nərdivanı (Cable ladder) və digər kabel daşıyıcı sistemlərin İşçi Çertyojlarını hazırlamaq;
- Baş Paylayıcı Lövhə (MDB), Köməkçi Paylayıcı Lövhə (SMDB), Paylayıcı Lövhə (DB) və digər elektrik panellərinin yerləşmələrini və bağlantılarını çertyojlarda göstərmək;
- Tək Xətt Sxemi (Single Line Diagram – SLD) və digər elektrik sxemlərini layihə tələblərinə uyğun hazırlamaq və yeniləmək;
- Torpaqlama (Earthing) və İldırımdan Mühafizə (Lightning Protection) sistemləri üzrə çertyojları hazırlamaq;
- Elektrik sistemlərinin digər mühəndis-kommunikasiya və memarlıq sistemləri ilə koordinasiyasını təmin etmək;
- Layihə ilə İşçi Çertyoj arasında uyğunsuzluqları müəyyən etmək və layihə mühəndisi ilə dəqiqləşdirmək;
- Çertyoj düzəlişlərini (reviziya) idarə etmək və dəyişiklikləri düzgün əks etdirmək;
- İcra çertyojlarının (As-built) hazırlanmasında iştirak etmək;
- Çertyojların şirkət və layihə standartlarına uyğunluğunu təmin etmək;
- Layihə mühəndisləri və digər sahələrin çizimçiləri ilə koordinasiyada işləmək.
Tələblər
- Elektrik, Elektrotexnika, Mühəndis-Kommunikasiya Sistemləri (MEP) və ya əlaqəli sahə üzrə texniki təhsil;
- Minimum 3 il elektrik çizimi və ya mühəndis-kommunikasiya layihələrində iş təcrübəsi;
- AutoCAD proqramında əla səviyyədə işləmə bacarığı;
- Revit MEP biliyi üstünlükdür;
- Elektrik üzrə İşçi Çertyojların (Shop Drawing) hazırlanması üzrə praktiki təcrübə;
- İşıqlandırma, Qidalandırma şəbəkəsi, Kabel kanalı/Kabel nərdivanı və digər elektrik sistemləri üzrə əsas bilik;
- Tək Xətt Sxemi (SLD) və elektrik sxemləri ilə işləmə bacarığı;
- Güc və işıqlandırma hesabatlarının aparılması bacarığı;
- Mühəndis sistemlərinin koordinasiyası prinsipləri haqqında əsas anlayış;
- Texniki çertyoj standartları və ölçüləndirmə (dimensioning) qaydaları haqqında bilik;
- MS Office proqramlarında işləmə bacarığı;
- Detallara diqqətli və məsuliyyətli yanaşma;
- Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı.