İşin təsviri
- Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişikliklərin ERP sisteminə və elektron portala işlənilməsi;
- Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
- Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
- Əməkdaşlara dair məlumatların toplanması, sistemləşdirilməsi və təhlili;
- Analitik arayışlar, təqdimatlar və qərar qəbul etməni dəstəkləyən hesabatların hazırlanması;
- Məlumatların vizuallaşdırılması məqsədilə dashboard və qrafik hesabatların hazırlanması (Excel, Power BI və digər müvafiq alətlər vasitəsilə);
- Məlumatların düzgünlüyünün, tamlığının və keyfiyyətinin təmin edilməsi;
- İnsan resursları proseslərinin avtomatlaşdırılması üçün təklifləri hazırlamaq və icrasında iştirak edilməsi;
- İnsan resurslarına dair məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması, müvafiq normativ tələblərə riayət olunması;
- Şirkət əməkdaşlarının işdən çıxma prosedurlarının təşkili: İşdən çıxış səbəblərinin araşdırılması (işdən çıxış müsahibənin keçirilməsi), müvafiq şöbənin əməkdaşına yönləndirilməsi, ərizənin alınması, elektron dövlət portalından və daxili sistem üzərindən işçyə xitam verilməsi.
Tələblər
- Ali təhsil: Müvafiq ixtisas (İR idarəedilməsi, İdarəetmə) üzrə bakalavr və ya magistr dərəcəsi
- İnsan Resursları üzrə azı 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı
- Kompüter bacarıqları: MS Office, 1C, Power BI proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- “MOSE” sertifikatı, İR sahəsində beynəlxalq sertifikatlar, İR proseslərinin avtomatlaşdırılması layihələrində təcrübə olması üstünlükdür
- Elektron Hökumət Portalı ilə işləmə bacarığı
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi yaxşı səviyyədə bilmək
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı
- Yüksək təqdimat bacarığı
- Yüksək analitik düşüncə bacarığı