İşin təsviri
- Layihə üzrə təqdim olunan BOQ və smeta sənədlərinin texniki və kommersiya baxımından yoxlanılması;
- Layihə cizgiləri və texniki spesifikasiyalar əsasında iş həcmlərinin düzgünlüyünün təhlil edilməsi;
- Bazar qiymətlərinin monitorinqi və tətbiq olunan qiymətlərin bazar şərtlərinə uyğunluğunun qiymətləndirilməsi;
- Podratçı və təchizatçılardan alınan qiymət təkliflərinin müqayisəli təhlilinin aparılması;
- İlkin və detallı smeta hesablamalarının yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi;
- Faktiki xərclərlə təsdiqlənmiş büdcə göstəriciləri arasındakı fərqlərin analiz olunması;
- Variation Order (VO) dəyişiklikləri üzrə təqdim olunan əlavə iş həcmlərinin və xərclərin yoxlanılması və sənədləşdirilməsinə nəzarət edilməsi;
- Layihə üzrə ehtimal yekun büdcə, (BAC) ehtimal yekun xərcin (EAC) və mənfəətin hesablanması və aylıq yenilənməsi;
- Layihə xərclərinin təsdiqlənmiş büdcəyə uyğun monitorinqinin aparılması;
- Podratçılar tərəfindən təqdim edilən kommersiya iddialarının, Variation Order (VO) və dəyişikliklərin səbəblərinin araşdırılması;
- Dəyişikliklər üzrə həcmlərin cizgiyə uyğun yoxlanılması, vahid qiymətin təhlili və təsdiqedici sənədlərin yoxlanılması;
- Bütün iddia və dəyişikliklərin müqavilə şərtlərinə uyğunluğunun və düzgün sənədləşdirilməsinin təmin edilməsi;
- Xərc artımlarının, iş həcmi dəyişikliklərinin və büdcə aşımı hallarının qarşısını almaq məqsədi ilə tenderə çıxarılan BOQ-ların təhlili və həcmlərinin yoxlanılması.
Tələblər
- Ali təhsil: İnşaat mühəndisliyi, Tikintinin idarə edilməsi və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Komanda şəklində çalışmaq və əməkdaşlıq bacarıqları.