İşin təsviri
- Mövcud mexaniki layihə çertyojlarını və texniki sənədləri analiz etmək;
- İVK (HVAC), Su təchizatı və Kanalizasiya (Plumbing) və Yanğınsöndürmə (Fire Fighting) sistemləri üzrə İşçi Çertyojlar (Shop Drawing) hazırlamaq;
- AutoCAD və/və ya Revit proqramlarında 2D/3D çertyojlar hazırlamaq;
- Mexaniki avadanlıqlar, hava kanalları, boru xətləri, armatur və digər mexaniki elementlərin İşçi Çertyojlarını hazırlamaq;
- Hava kanalları şəbəkəsi (Ductwork) və boru kəmərləri (Piping) planlarını layihə tələblərinə uyğun hazırlamaq;
- Plan, kəsik və detal çertyojlarını hazırlamaq;
- Mexaniki sistemlərin digər mühəndis-kommunikasiya (MEP) və memarlıq sistemləri ilə koordinasiyasını nəzərə almaq;
- Mövcud layihə ilə İşçi Çertyoj arasında uyğunsuzluqları müəyyən etmək və layihə komandası ilə dəqiqləşdirmək;
- Avadanlıq və materialların ölçülərini, bağlantı nöqtələrini və texniki məlumatlarını çertyojlara düzgün şəkildə daxil etmək;
- İcra çertyojlarının (As-built) hazırlanmasında iştirak etmək;
- Çertyojların layihə standartlarına və şirkətin çizim standartlarına uyğunluğunu təmin etmək;
- Çertyoj düzəlişlərini (reviziya) idarə etmək və dəyişiklikləri düzgün əks etdirmək;
- Layihə mühəndisləri və digər sahələrin çizimçiləri ilə koordinasiyada işləmək.
Tələblər
- Mexanika, Mühəndis-Kommunikasiya Sistemləri, İVK (HVAC) və ya əlaqəli sahə üzrə texniki təhsil;
- Minimum 3 il mexaniki çizim və ya mühəndis-kommunikasiya layihələrində iş təcrübəsi;
- AutoCAD proqramında əla səviyyədə işləmə bacarığı;
- Revit MEP biliyi üstünlükdür;
- İVK, Su təchizatı və Kanalizasiya və Yanğınsöndürmə layihə çertyojlarını oxuma və anlama bacarığı;
- İşçi Çertyojların (Shop Drawing) hazırlanması üzrə praktiki təcrübə;
- Plan, kəsik (Section), görünüş (Elevation) və detal çertyojlarını düzgün hazırlamaq bacarığı;
- Mühəndis sistemlərinin koordinasiyası prinsipləri haqqında əsas anlayış;
- Texniki çertyoj standartları və ölçüləndirmə (dimensioning) qaydaları haqqında bilik;
- MS Office proqramlarında işləmə bacarığı;
- Texniki sənədlərlə işləmək və detallara diqqət yetirmək bacarığı;
- Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı.