İşin təsviri
- 1C:ЗУП konfiqurasiyasının Azərbaycan Respublikasının lokal tələblərinə uyğunlaşdırılması və optimallaşdırılması;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyət, mükafat, tutulmalar və digər kadr əməliyyatlarının avtomatlaşdırılması;
- Yeni sənədlər, hesabatlar və məlumat emalı mexanizmlərinin hazırlanması;
- Mövcud sistemlərdə düzəlişlər edilməsi və istifadəçi tələblərinə uyğun dəyişikliklərin tətbiqi;
- İstifadəçilərə texniki dəstək göstərilməsi və istifadəyə dair təlimatların hazırlanması;
- 1C məlumat bazalarının ehtiyat nüsxələrinin və versiyalarının idarə olunması;
- Əmək qanunvericiliyindəki dəyişikliklərin proqram təminatına düzgün şəkildə tətbiq olunması.
Tələblər
Təhsil və təcrübə:
- Ali texniki təhsil (İT, kompüter elmləri, tətbiqi riyaziyyat və s.);
- 1C:Enterprise platformasında minimum 2 il iş təcrübəsi;
- 1C:ЗУП konfiqurasiyası ilə işləmə üzrə praktiki bacarıqlar.
Texniki biliklər və bacarıqlar:
- 1C proqramlaşdırma dili üzrə sərbəst işləmək bacarığı;
- Hesabatlar və sənəd formalarının hazırlanması təcrübəsi;
- Sistemin lokallaşdırılması və qanunvericilik tələblərinə uyğunlaşdırılması üzrə bilik;
- Sistem inteqrasiyası və məlumat mübadiləsi üzrə təcrübə;
- Analitik düşüncə və problemi operativ şəkildə həll etmə bacarığı.
Üstünlüklər:
- 1C üzrə rəsmi sertifikatların mövcudluğu;
- Rus dili biliyi (1C:ЗУП interfeysi ilə işləmək üçün);
- HR və əməkhaqqı uçotu sahəsində biliklər;
- Komandada işləmək və istifadəçilərlə effektiv ünsiyyət bacarığı.