İşin təsviri
- Əmtəə-maddi sərvətlərin anbara qəbul edilməsi, buraxılması və lazım gəldikdə geri qaytarılması proseslərində iştirak etmək;
- Malların anbar sahəsinə düzgün və səmərəli şəkildə yerləşdirilməsini təmin etmək;
- Mal-material, inventar, təkər, motor və sürtkü yağları, zəhərli maddələrin yüklənməsi və boşaldılması proseslərini təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
- Yükqaldırıcı platforma və avtoyükləyici texnikadan təhlükəsiz şəkildə istifadə etməklə yükləmə-boşaltma əməliyyatlarını icra etmək;
- Malların stellajlara yığılması və oradan götürülməsi zamanı göndəriş sənədlərinə uyğun işləmək;
- Sifarişçilərə malların təhvil verilməsi, sayılması və yüklənməsi proseslərində aktiv iştirak etmək;
- Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək;
- Yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- Anbarın və fərdi iş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək, lazım gəldikdə ümumi təmizlik işlərində iştirak etmək;
- Nasazlıq və texniki uyğunsuzluqları dərhal rəhbərliyə bildirmək;
- Müəssisənin ətraf mühit və təhlükəsizlik prosedurlarına uyğun şəkildə tullantıların təmizlənməsi və təhlükəsiz iş şəraitinin qorunmasını təmin etmək.
Tələblər
Tələblər:
- Orta təhsil;
- Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
- Daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməli;
- Avtoyükləyici ilə işləmək üçün xüsusi sertifikat və vəsiqə arzuolunandır.
Səriştə və bacarıqlar:
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və etibarlı yanaşma;
- Düzgünlük və intizamlılıq;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində zəruri biliklərə malik olmaq.
Əlavə məlumat:
- İş rejimi: 6 günlük iş qrafiki;
- Əmək haqqı: Razılaşma yolu ilə;