Anbar işçisi (Sumqayıt)

İşin təsviri

  • Əmtəə-maddi sərvətlərin anbara qəbulu, buraxılışı və zərurət olduqda geri alınmasını həyata keçirmək;
  • Anbar sahəsindən səmərəli istifadə etmək məqsədilə malların/materialların düzgün yerləşdirilməsini təmin etmək və tələb olunan material, inventar və s. üzrə operativ axtarışı asanlaşdırmaq;
  • Maddi sərvətlərin qəbulu və buraxılışı zamanı boşaltma və yükləmə işlərini icra etmək;
  • Anbarda yanğından mühafizə, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarına riayət etmək;
  • Anbarın təmiz və səliqəli saxlanılmasını təmin etmək.

Tələblər

Təhsil və təcrübə:

  • Orta təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (arzuolunandır).

Səriştə və bacarıqlar:

  • Komandada işləmə bacarığı;
  • Məsuliyyətlilik və düzgünlük;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə norma və qaydaları bilmək.

Əlavə məlumat:

  • İş qrafiki: Altıgünlük;
  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2;
  • Nahar: Şirkət tərəfindən təmin edilir.