İşin təsviri
- Gələn və çıxan malların ERP və ya anbar idarəetmə sistemində dəqiq və vaxtında qeydiyyatını təmin etmək;
- Yeni sifarişlərin vaxtında sistemə daxil edilməsini təmin etmək, sifariş parametrlərinin düzgünlüyünə (müddət, miqdar, prioritet və s.) nəzarət etmək;
- Sistem məlumatlarının dəqiqliyini mütəmadi olaraq yoxlamaq, uyğunsuzluqları aşkar edib aradan qaldırmaq;
- Sifarişlərin anbardarlar və əməliyyat işçiləri arasında düzgün və balanslı şəkildə bölüşdürülməsini təşkil etmək;
- Sifarişlərin vaxtında və tam icrasına nəzarət etmək;
- Gecikmiş, natamam və ya pozulmuş sifarişlərlə bağlı operativ şəkildə rəhbərliyə və əlaqədar şöbələrə məlumat vermək;
- Malların anbara daxilolma, çeşidlənmə, yerləşdirilmə, yığılma və buraxılma proseslərinin sistemdə düzgün və tam şəkildə qeydini aparmaq;
- Əməliyyatlarda yaranan problemləri və qeyri-dəqiqlikləri vaxtında aşkarlamaq, həll üçün müvafiq şöbələrlə koordinasiyalı şəkildə çalışmaq;
- Gündəlik, həftəlik və aylıq əməliyyat hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Hesabatlarda malların hərəkəti, stok səviyyəsi, sifariş icrası kimi əsas göstəriciləri əhatə etmək;
- Anbar dövriyyəsi, stok səviyyələri və sifariş icrası ilə bağlı statistik məlumatları toplamaq və təhlil etmək;
- Təhlil nəticələrinə əsasən əməliyyat proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması üçün təkliflər hazırlamaq;
- ERP və digər idarəetmə sistemlərində texniki problemləri vaxtında müəyyən etmək;
- Problemlərin operativ həlli üçün İT şöbəsi və aidiyyəti strukturlarla koordinasiyalı işləmək.
Tələblər
- Ali təhsil və ya orta ixtisas (mühasibatlıq, informasiya texnologiyaları, idarəetmə və oxşar sahələr üzrə təhsil üstünlükdür);
- ERP və anbar idarəetmə sistemləri ilə işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;
- Yüksək analitik düşüncə qabiliyyəti, məsuliyyətli və dəqiq olmaq;
- Komanda ilə effektiv işləmə bacarığı.