İşin təsviri
- Əmtəə-maddi sərvətlərin anbara qəbulunda, mühafizəsində və buraxılmasında iştirak edir;
- Geri qaytarılmalı malların qəbulunda və uçotunda köməklik göstərir;
- Anbar sahəsindən səmərəli istifadə üçün malların düzgün yerləşdirilməsində iştirak edir;
- Lazım olan material və inventarların axtarışının asanlaşdırılmasına dəstək verir;
- Anbarda saxlanılan malların qorunmasına və uçot işlərinin aparılmasına kömək edir;
- Mədaxil və məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsində iştirak edir;
- Yanğına qarşı ləvazimatların və inventarların sazlığının yoxlanılmasında dəstək göstərir;
- Yükləmə-boşaltma işlərinin təhlükəsizlik texnikası və istehsalat qaydalarına uyğun aparılmasına nəzarətdə kömək edir;
- Əmtəə-maddi sərvətlərin inventarlaşmasında iştirak edir.
Tələblər
- Orta ixtisas və ya ali təhsil arzuolunandır;
- Anbar uçotu üzrə ilkin biliklərə malik olmaq;
- Anbar sahəsində iş təcrübəsi üstünlükdür;
- Dəqiq, məsuliyyətli və intizamlı olmaq;
- Kompüterdə işləmə bacarığına malik olmaq;
- Təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları haqqında məlumatlı olmaq;
- Ünsiyyət bacarıqlarına malik olmaq;
- AR mülki, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
- Anbar təsərrüfatına aid əsasnamə və normativ sənədləri bilmək;
- Mal-material qiymətlilərinin yerləşdirilməsi və mühafizə qaydalarını bilmək;
- Əmək intizamı, əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya normalarını bilmək.