Əmtəə-maddi sərvətlərin anbara qəbulu, buraxılması və ehtiyac olduqda geri qaytarılması proseslərində iştirak etmək;
Malların anbar sahəsinə düzgün və effektiv yerləşdirilməsini təmin etmək;
Mal-materialların, inventarların, təkərlərin, motor və sürtkü yağlarının, zəhərli dərmanların yüklənməsi və boşaldılmasını təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
Anbar daxilində yükqaldırıcı platforma və avtoyükləyici texnikadan istifadə etməklə bütün yükləmə-boşaltma işlərini təhlükəsiz şəkildə icra etmək;
Sterlajlara malların yığılması və çıxarılması zamanı göndəriş sənədlərinə uyğun işləmək;
Sifarişçilərə malların təhvil verilməsi prosesində aktiv iştirak etmək;
Sayım, yüklənmə və yüklərin anbar nəqliyyatına yerləşdirilməsini təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
Anbarların idarə edilməsi şöbəsinin göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək;
Yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə müəyyən edilmiş qaydalara ciddi şəkildə əməl etmək;
Anbarın və fərdi iş yerinin təmizliyinə daim nəzarət etmək, ehtiyac olduqda anbarın ümumi təmizliyində iştirak etmək;
Texniki nasazlıq və uyğunsuzluq halları olduqda dərhal rəhbərliyə məlumat vermək;
Tullantıların təmizlənməsi və təhlükəsiz iş mühitinin təmin edilməsi üzrə müəssisənin daxili prosedurlarına və ətraf mühit tələblərinə uyğun fəaliyyət göstərmək.
Tələblər
Orta ixtisas və ya tam orta təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Microsoft Office və 1C proqramları ilə işləmə bacarığı (arzuolunandır);
Əmək qanunvericiliyi, daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməlidir;
Avtoyükləyici ilə işləmək üçün sertifikat və vəsiqənin olması üstünlükdür.
Səriştə və Bacarıqlar:
Komandada işləmək bacarığı;
Məsuliyyətli və etibarlı yanaşma;
Düzgünlük və intizamlılıq;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində baza biliklərə malik olmaq.