İşin təsviri
- Mal və materialların anbarda sistemli, ardıcıl və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək.
- Saxlanma rejimi, təhlükəsizlik və salamatlıq şərtlərinə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasına nəzarət etmək.
- Sifarişlər əsasında malların düzgün bölgüsünü aparmaq, anbar stokunda yoxlama aparmaq və yalnız mövcudluq təsdiqləndikdən sonra 1C proqramı və ya elektron məktub vasitəsilə buraxılışını icra etmək.
- Sifariş edilən mal anbar stokunda yoxdursa, bu barədə dərhal təchizat şöbəsinə məlumat vermək.
- Anbara daxil olan mal-materialın elektron qaimə və ya hesab-faktura ilə uyğunluğunu yoxlamaq və sayımda iştirak etmək.
- Rəsmiləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvilinə nəzarət, müvafiq hesabatların hazırlanması.
- Anbarda yanğına qarşı ləvazimatların olması və işlək vəziyyətdə olması, avadanlıqların vəziyyətinə və vaxtında təmirinə nəzarət.
- Köhnəlmiş, zərər görmüş və yararsız malların müəyyən olunması və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi.
- Mal və materialların inventarizasiyasının planlaşdırılması, təşkili və icrasında iştirak.
- Əmtəə-maddi sərvətlərin inventarlaşma proseslərində aktiv iştirak etmək.
Tələblər
Texniki biliklər:
- Anbarda təhlükəsizlik qaydaları və yanğından mühafizə normaları barədə məlumatlı olmalıdır.
- Anbarda avadanlıq və materialların saxlanma şərtləri və standartlarını bilməlidir.
- AR Mülki Hüquq, Əmək, Maliyyə və Təsərrüfat qanunvericiliyinin əsasları üzrə ümumi biliklərə malik olmalıdır.
- Qaimə-faktura, təhvil-təslim sənədləri və mədaxil-məxaric sənədləri üzrə məlumatlı olmalıdır.
- Anbar təsərrüfatının təşkili ilə bağlı əsasnamə, təlimat və digər normativ sənədləri oxuya və tətbiq edə bilməlidir.
- Mal-material qiymətlilərinin sistematika üzrə yerləşdirilməsi qaydalarını bilməli və tətbiq etməyi bacarmalıdır.
- Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası üzrə normativ tələblərə ciddi riayət etməlidir.
Təhsil: Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, logistika, mühəndislik və ya oxşar sahələr üzrə)
İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – arzuolunandır
Kompüter bilikləri:
- Windows əməliyyat sistemi
- MS Office proqramları (xüsusilə Excel, Word)
- 1C ERP proqramı üzrə baza bilikləri – arzuolunandır