Mal və materialların anbarda sistemli, ardıcıl və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək;
Saxlanma rejiminə, təhlükəsizlik və salamatlıq şərtlərinə, həmçinin sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin düzgün təslim-təslim qaydalarına riayət olunmasına nəzarət etmək;
Sifarişlər əsasında malların düzgün bölgüsünü aparmaq, anbarda stok mövcudluğunu yoxlamaq, yalnız təsdiq olunduqdan sonra 1C proqramı və ya elektron poçt vasitəsilə buraxılışı həyata keçirmək;
Sifariş olunan məhsul anbarda yoxdursa, bu barədə təchizat şöbəsini operativ məlumatlandırmaq;
Anbara daxil olan mal və materialların elektron qaimə və ya hesab-faktura sənədləri ilə uyğunluğunu yoxlamaq, fiziki sayımda iştirak etmək;
Mədaxil-məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsinə və təhvili prosesinə nəzarət, müvafiq hesabatların hazırlanması;
Anbarda yanğına qarşı avadanlıqların mövcudluğu və işlək vəziyyətdə olmasına, həmçinin anbar avadanlıqlarının vaxtında texniki baxış və təmirinə nəzarət etmək;
Köhnəlmiş, zədələnmiş və yararsız malları müəyyən etmək və bu barədə rəhbərliyə hesabat təqdim etmək;
Mal və materialların inventarizasiyasının planlaşdırılması, təşkili və icrasında fəal iştirak etmək;
Əmtəə-maddi sərvətlərin inventarlaşdırma və uçot proseslərində aktiv şəkildə iştirak etmək.
Tələblər
Təhsil:
Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, logistika, mühəndislik və ya digər müvafiq sahələr üzrə);
İş təcrübəsi:
Müvafiq sahə üzrəazı 1 illik iş təcrübəsi;
Peşəkar biliklər və bacarıqlar:
Anbarda təhlükəsizlik qaydaları və yanğından mühafizə normaları barədə məlumatlı olmalıdır;
Avadanlıq və materialların saxlanma şərtləri və standartlarını bilməli və tətbiq etməyi bacarmalıdır;
Qaimə-faktura, təhvil-təslim aktları, mədaxil-məxaric sənədləri ilə işləmə qaydalarını yaxşı bilməlidir;
Anbar təsərrüfatının təşkili ilə bağlı əsasnamə, təlimat və normativ sənədləri oxumaq və tətbiq etmək bacarığı olmalıdır;
Mal-material qiymətlilərinin sistematika üzrə yerləşdirilmə qaydalarını bilməli və tətbiq etməlidir;
Azərbaycan Respublikasının Mülki Hüquq, Əmək, Maliyyə və Təsərrüfat qanunvericiliyi üzrə ümumi anlayışlara malik olmalıdır;
Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə normativ tələblərə ciddi şəkildə əməl etməlidir.
Dil bilikləri:
Azərbaycan dili – sərbəst.
Kompüter bilikləri:
Windows əməliyyat sistemi;
Microsoft Office proqramları (xüsusilə Excel və Word) üzrə sərbəst istifadə bacarığı;
1C ERP proqram təminatı üzrə baza səviyyəsində biliklər – arzuolunandır.