İşin təsviri
Təsvir
- Şirkətin və onun struktur bölmələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
- Müqavilələrin, sazişlərin, memorandumların və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və razılaşdırılmasını həyata keçirmək;
- Şirkətin fəaliyyətindən irəli gələn hüquqi riskləri müəyyən etmək, təhlil etmək və onların minimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Korporativ idarəetmə ilə bağlı sənədlərin (qərarlar, protokollar, etibarnamələr və s.) hazırlanmasını təmin etmək;
- Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaları və münasibətləri idarə etmək;
- Şirkətə daxil olan hüquqi xarakterli sorğulara, məktublara və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq;
- Hüquqi dəyişiklikləri və qanunvericilik yeniliklərini izləmək, aidiyyəti struktur bölmələri məlumatlandırmaq;
Tələblər
- Hüquq ixtisası üzrə ali təhsil;
- Korporativ hüquq, kommersiya hüququ və ya müqavilə hüququ sahəsində minimum1- 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mülki, əmək, vergi, korporativ və kommersiya qanunvericiliyi üzrə dərin biliklər;
- Müqavilələrin hazırlanması, ekspertizası və hüquqi risklərin qiymətləndirilməsi üzrə təcrübə;
- Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması və müraciətlərin hazırlanması bacarığı;
- Korporativ idarəetmə sənədlərinin hazırlanması və hüquqi müşayiəti üzrə təcrübə;
- Hüquqi rəy, arayış və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, yüksək məsuliyyətlilik və məxfi məlumatlarla işləmək bacarığı;
- Danışıqlar aparmaq, problemləri hüquqi müstəvidə həll etmək və qərarvermə bacarığı;