İşin təsviri
- Müəssisənin enerji təchizatı sistemlərinin texniki baxım və istismar planlarını hazırlayır və onların icrasına nəzarət edir;
- Enerji avadanlıqları və elektrik sistemlərinin vaxtında texniki baxışını və təmirini təşkil edir;
- Elektrik quraşdırmalarının təhlükəsiz istismarını təmin edir və bu sahədə texniki tədbirlər görür;
- Müəssisədə enerjidən səmərəli istifadə strategiyasını həyata keçirir, enerji itkilərinin qarşısının alınması üçün tədbirlər görür;
- Enerji effektivliyi və qənaət texnologiyaları üzrə təkliflər və layihələr hazırlayır;
- Enerji sahəsində qüvvədə olan qanunvericiliyə, texniki normativlərə və standartlara əməl olunmasına nəzarət edir;
- Texniki sənədlərin düzgün və vaxtında aparılmasını təmin edir;
- Energetika sahəsində çalışan mühəndislərin, texniklərin, elektrikçilərin və digər əməkdaşların fəaliyyətinə rəhbərlik edir;
- Təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimlərin keçirilməsini təşkil edir.
Tələblər
- Təhsil: Ali təhsil (energetika ixtisası üzrə);
- Təcrübə: Minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili; ingilis dili – üstünlükdür;
Zəruri texniki bilik və bacarıqlar:
- Elektrik mühəndisliyi üzrə dərin nəzəri və praktik biliklər;
- Enerji sistemlərinin istismarı və təmiri üzrə peşəkar təcrübə;
- Tekstil istehsal avadanlıqlarının enerji təminatı və iş prinsipləri barədə biliklər;
- Avtomatlaşdırma və SCADA sistemləri ilə işləmə bacarığı;
- Enerji effektivliyi və qənaət texnologiyaları üzrə müasir yanaşmalar;
- Əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydaları haqqında biliklər;
- Normativ sənədlərlə işləmə və hesabatların aparılması bacarığı.