İşin təsviri
- Xam pambığın analizi aparılaraq nəmlik və zibillilik dərəcəsinin təyin olunmasına nəzarət edir;
- Hazır məhsulların (mahlıc, tiftik və çiyid) laborator analizlərini həyata keçirir;
- Laboratoriya əməkdaşlarının fəaliyyətinə rəhbərlik edir, işin düzgün və səmərəli təşkilini təmin edir;
- Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və işlək vəziyyətdə saxlanılmasına nəzarət edir, onların təcrübəyə hazır olmasını təmin edir;
- Müvafiq təlimatlara əsasən cihaz və aparatların yoxlanılmasını və tənzimlənməsini həyata keçirir, eksperimentlərin aparılmasında iştirak edir;
- Xammalın növünə uyğun olaraq analiz, sınaq və ölçmə nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və onların qeydiyyatını aparır;
- Tədqiqatlar zamanı laborator təhlilləri yerinə yetirir.
Tələblər
Bilməlidir:
- Rəhbər, normativ və sorğu materiallarını;
- Analiz və digər tədqiqatların aparılması metodlarını;
- Texniki sənədlərin işlənib hazırlanması və rəsmiləşdirilməsi qaydalarını;
- Qüvvədə olan dövlət standartlarını (DST), texniki şərtləri və digər normativ sənədləri;
- Laboratoriya avadanlıqlarını, nəzarət-ölçü cihazlarını və onların istismar qaydalarını;
- Əmək və istehsalın təşkili prinsiplərini, iqtisadiyyatın əsaslarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə qüvvədə olan norma və qaydaları.