İşin təsviri
- Mühasibat uçotu üzrə iş planının, ilkin uçot sənədlərinin və daxili mühasibat hesabatı formalarının hazırlanması və tətbiqində iştirak etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərində düzgün əks etdirilməsini təmin etmək, operativ məlumatları təqdim etmək və maliyyə hesabatlarını müəyyən edilmiş müddətlərdə hazırlamaq;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün aparılmasına, əmək haqqı fondunun istifadəsinə, vəzifə maaşlarının təyin edilməsinə, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin inventarlaşdırılmasına nəzarət etmək;
- Müəssisənin bölmələrində mühasibat uçotu, hesabat və sənədli təftiş qaydalarına riayət olunmasını təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini mühasibat uçotu hesablarında düzgün əks etdirmək;
- İstehsal dövriyyəsi və xərclərin uçotunda, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin maya dəyərinin hesablanmasında iştirak etmək;
- Çatışmazlıqların, pul vəsaitləri və mal-material qiymətlilərindən qanunsuz istifadənin, həmçinin maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması istiqamətində səlahiyyətləri çərçivəsində tədbirlər görmək;
- Maliyyə hesabatları, kredit əməliyyatları və müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri üzrə uçot əməliyyatlarını aparmaq;
- Mühasibat sənədlərinin düzgün saxlanılmasını, rəsmiləşdirilməsini və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin etmək;
- Müəssisədə qəbul olunmuş daxili qayda və prosedurlara riayət etmək.
Tələblər
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini tənzimləyən qərar, sərəncam, əmr və digər rəhbər, metodiki və normativ sənədləri bilmək;
- Müəssisənin strukturunu, inkişaf strategiyasını və perspektivlərini anlamaq;
- Mühasibat uçotunun təşkili üzrə əsasnamə və təlimatları, həmçinin uçotun aparılması qaydalarını bilmək;
- Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi qaydalarını və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkili prinsiplərini bilmək;
- Maliyyə hesabatlarının tərtib formalarını və təqdim edilmə qaydalarını bilmək;
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini aparmaq bacarığı;
- Hüquqi və fiziki şəxslər üzrə vergilərin hesablanması və tutulması qaydalarını bilmək;
- Mühasibat uçotu hesablarında çatışmazlıqların, debitor borclarının və digər itkilərin silinməsi prosedurlarını bilmək;
- Pul vəsaitlərinin və mal-material qiymətlilərinin inventarlaşdırılması qaydalarını bilmək;
- Mühasibat balanslarının və maliyyə hesabatlarının hazırlanması və təqdim edilmə müddətlərini bilmək;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi norma və qaydalarını bilmək.