İşin təsviri
- Müəssisənin emal sahəsinə və ərazisində işləyən bütün avadanlıq və aqreqatlara tam texniki rəhbərlik etmək, onların işinə, əmək və istehsalat intizamına nəzarət etmək;
- Tədarük və emal proseslərinin ardıcıllığını və fasiləsizliyini təmin etmək;
- Emal sahəsinin texniki siyasətini, inkişaf perspektivlərini və yenidənqurma ehtiyaclarını müəyyənləşdirmək;
- Emal proseslərinin texniki hazırlıq səviyyəsinin artırılması, resursların səmərəli istifadəsi, maliyyə və əmək sərfinin optimallaşdırılması üzrə tədbirlər görmək;
- Buraxılan məhsulun keyfiyyətinə nəzarəti təmin etmək və keyfiyyətin yaxşılaşdırılması istiqamətində işlərə rəhbərlik etmək;
- Təmir dövrlərində avadanlıqların işlək vəziyyətdə olub-olmamasını yoxlamaq və tədbir görmək;
- Texnoloji intizam, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenik norma və qaydaların icrasına nəzarət;
- Texniki sənədləşmənin, texniki pasportların və hesabatların vaxtında və düzgün aparılmasını təmin etmək;
- Növbə işinin düzgün təşkili, işçi intizamına və SƏTƏM qaydalarına əməl olunmasına nəzarət etmək;
- Tabeliyində olan işçilərin seçimində iştirak etmək və potensial namizədlər barədə rəy bildirmək;
- İstehsalat proseslərinin təkmilləşdirilməsi üzrə praktik və texnoloji təkliflər irəli sürmək.
Tələblər
Təhsil:
- Ali texniki təhsil (mühəndislik, istehsalat, mexanika və ya əlaqəli sahələr üzrə).
İş təcrübəsi:
- Müvafiq sahədə minimum 5 il peşəkar iş təcrübəsi.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst.
Kompüter bilikləri:
- MS Office proqramları (xüsusilə Excel, Word, Outlook)
- İstehsalatla bağlı xüsusi proqram təminatları ilə işləmək bacarığı – arzuolunandır.
Səriştə və bacarıqlar:
- Liderlik, komandaya yön vermək və koordinasiya bacarığı;
- Güclü ünsiyyət və qərar qəbuletmə bacarıqları;
- Çarpaz funksional komandalarla işləmək və istehsalat problemlərini analitik şəkildə həll etmək bacarığı;
- Avadanlıqların və texnoloji sistemlərin iş prinsiplərini dərindən anlamaq;
- Yeni texnologiyalara və avadanlıqlara adaptasiya olunmağa açıq olmaq.