İşin təsviri
- Filialın mexanizasiya şöbəsinə rəhbərlik edir, işin planlı və effektiv təşkili üçün cavabdehdir;
- Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin texniki cəhətdən düzgün, fasiləsiz və etibarlı istismarını təmin edir, onların saz vəziyyətdə saxlanılmasına nəzarət edir;
- Gündəlik baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir;
- Təmir üçün zəruri ehtiyat hissələrini və materialları müəyyənləşdirir, sifariş verir və uyğunluğunu yoxlayır;
- Təmir və istismar proseslərinə dair sənədlərin hazırlanmasını təmin edir;
- Texnikaların modernləşdirilməsi və təmir işlərinə texniki nəzarət həyata keçirir;
- Avadanlıqların köhnəlmə dərəcəsini qiymətləndirir və təmir planlarını tərtib edir;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir;
- Texnikaların iş keyfiyyətini artırmaq üçün səmərələşdirici təklifləri qiymətləndirir və tətbiqinə dəstək verir;
- Nasazlıqların dəqiq təyin olunması üçün işçi heyəti ilə koordinasiyalı şəkildə çalışır;
- Dövlət qurumları ilə texniki qeydiyyat, nəzarət və sənədləşdirmə işlərini icra edir (məsələn: yol polisi, nəqliyyat yoxlaması, hərbi qeydiyyat və s.);
- Təmir prosesini ardıcıl şəkildə planlaşdırır və icrasına nəzarət edir;
- Texniki təlimatlara əsaslanaraq lazımi məlumatları əldə edir və tətbiqini təmin edir;
- Təmir proseslərini sənədləşdirir, protokollaşdırır və gələcək qulluq üçün müvafiq heyətə ötürür;
- Təmirə başlamazdan əvvəl tabeçiliyində olan işçiləri təlimatlandırır.
Tələblər
Ümumi idarəetmə və nəzarət:
- Tabeçiliyində olan işçilərin fəaliyyətinə nəzarət etməli və onların işlərini koordinasiya etməlidir;
- İşçilərin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmələrini təmin etməli və bu sahədə nəzarətçi funksiyasını yerinə yetirməlidir;
- İstehsalat prosesində aşkar olunan hər hansı texniki və ya təşkilati çatışmazlıqlar barədə operativ şəkildə rəhbərliyə məlumat verməlidir;
- Bu vəzifə üzrə nəzərdə tutulmuş fəaliyyətlərin təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflər irəli sürməlidir.
- Kommersiya sirri hesab edilən məlumatların məxfiliyini qorumalıdır.
SƏTƏM və daxili prosedur:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) qaydalarına əməl etməli, bu sahədə keçirilən məcburi təlimlərdə iştirak etməlidir;
- Əməyin təhlükəsizliyinin təmin olunması məqsədilə bu vəzifə üçün nəzərdə tutulan xüsusi geyim formalarının və təhlükəsiz iş şəraitinin yaradılmasını tələb etmək hüququna malikdir.
Təşkilati bacarıqlar və hesabatlılıq:
- Gündəlik və planlı hesabatların dəqiq və vaxtında hazırlanmasını təmin etməlidir;
- Texnika və nəqliyyat vasitələrinin təmiri üçün tələb olunan ehtiyat hissələrinin vaxtında və düzgün şəkildə sifariş edilməsini təmin etməlidir.