Bobin qablaşdırıcısı

İşin təsviri

  • Fiksaj sahəsində arabalara hazır iplik məhsullarını iplik nömrəsi çeşidinə görə düzgün yerləşdirmək;
  • Fiksajdan çıxan malı düzgün çuvallamaq, tikmək, lotuna görə ayarlamaq və təhlükəsiz tranaportirovkasına diqqət yetirmək;
  • Fiksajdan hazır məhsul ilə dolu arabanı müvafiq yerə gətirmək;
  • Salafanı açmaq məhsul üçün əlverişli vəziyyətə gətirmək;
  • İpliyi salafanlara yığmaq;
  • Salafanlara yığılmış ipliyin çuvallara yığılması;
  • İş vaxtı aidiyyatı iş yerində olmaq, verilən tapşırığın düzgün və təhlükəsiz yerinə yetirmək;
  • İstehsalat prossesinin fasiləsiz və qəzasız aparılmasına diqqət etmək.

Tələblər

Təhsil və təcrübə:

  • Orta təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır).

Səriştə və bacarıqlar:

  • Komandada işləmə bacarığı;
  • Müxtəlif iş vəziyyətlərinə cavab verə bilən çeviklik;
  • Məsuliyyətlilik;
  • Düzgünlük;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.

Əlavə məlumat:

  • İş qrafiki: Növbəli;
  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 95;
  • Nahar şirkət tərəfindən təmin edilir.