İşin təsviri
- CAT ekskavatoru ilə yükləmə, boşaltma, qazıntı və digər texniki işlərin yerinə yetirilməsi;
- Hər iş gününə başlamazdan əvvəl ekskavatorun texniki göstəricilərinin (yağ, su, elektrik sistemi və s.) yoxlanılması və sazlığının təmin edilməsi;
- Texnikaya gündəlik baxış keçirmək, potensial nasazlıqları vaxtında aşkar etmək və onların aradan qaldırılmasını təmin etmək;
- Traktorun təmiri və planlı texniki-profilaktik işlərdə bilavasitə iştirak;
- Əmək və istehsal intizamına ciddi riayət etmək, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına əməl etmək.
Tələblər
- Müvafiq sürücülük vəsiqəsi mütləqdir (HT kateqoriyası açıq olmalıdır);
- CAT ekskavatoru ilə işləmək üzrə praktiki bacarıq və təcrübə;
- Texniki təhlükəsizlik, əmək mühafizəsi və yanğından mühafizə qaydalarını bilmək və onlara ciddi əməl etmək;
- Yüksək məsuliyyət hissi, işə davamlılıq və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.