İşin təsviri
- Mövcud proqram təminatının gündəlik dəstəklənməsi, xətaların aradan qaldırılması və kiçik optimallaşdırmaların aparılması.
- Biznes tələblərinə uyğun yeni modulların analizi, dizaynı və implementasiyası (C#/.NET, WinForms/WPF).
- BP sənədlərinə əsasən proseslərin modellənməsi, avtomatlaşdırılması və tətbiqə inteqrasiyası.
- İstifadəçilərin qarşılaşdığı problemlərin diaqnostikası, müvəqqəti həllərin və daimi düzəlişlərin tətbiqi.
- Proqram və verilənlər bazası səviyyəsində performans problemlərinin araşdırılması, T-SQL/EF sorğularının optimallaşdırılması və bottleneck-lərin aradan qaldırılması.
- Hesabatlıq tələblərinə uyğun yüksək performanslı sorğuların, view-ların və stored procedure-ların hazırlanması.
- Sənəd və çıxarışlar üçün yeni çap formalarının dizaynı və inteqrasiyası.
- Digər sistemlər ilə inteqrasiyaların aparılması təmin etmək
- Yenidən istifadə oluna bilən kod və daxili kitabxanaların hazırlanması.
- Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması
- Hadisə və dəyişikliklərin izlənməsi üçün logging və exception handling mexanizmlərinin tətbiqi.
- Komanda ilə səmərəli əməkdaşlıq.
Tələblər
• Bu sahədə ən azı 2 illik iş təcrübəsi
• C# və .NET bilikləri
• OOP prinsiplərini anlamaq
• Microsoft Visual Studio ilə işləmə bacarığı
• Microsoft SQL-Server bilikləri
• SQL/T-SQL proqramlaşdırması və RDBMS məlumat bazaları biliyi
• JSON, REST bilikləri
Qeyd: Kişi namizədlər üçün hərbi xidmətin tamamlanması mütləqdir