Çilingər (lint)-Zərdab

İşin təsviri

  • Detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi;
  • Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan
  • qaldırılması;
  • Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi;
  • Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi;
  • Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mexanizmlərin hazırlanması;
  • KPP markalı qidalandırıcının eyni ahənglə çiyidin linter PMP-160 dəzgahına, işçi kamerasına bərabər verilməsini, çiyidin zibildən təmizlənməsinə, işçi kameranın voroşitelin düzgün işlənməsinə, çiyiddən lintin ayrılması zamanı hava kamerasının tənzimlənməsinə, zibil və ulyuk şneklərlə ayrılması və onların pnevmatik qurğuya qoşmaması və onların işlənməsinə nəzarət etməli;
  • Çiyid daraqların variatorların düzgün işlənməsinə, kütləşmiş mişarların dəyişdirilməsinə, sıradan çıxan yastıqların dəyişdirilməsi və yağlanması, tekstrop remenlərin dəyişdirilməsi, taxta barmaqcıqların yenisi ilə əvəz olunması, linterin yuxarı hissəsində kolosnikdə tıxanma zamanı xüsusi dəmir məftil ilə təmizlənməli, linterin aşağı hissəsində kolosnikdə tıxanma ağac ilə təmizlənməli, linterin sürət rejimi və onun texniki vəziyyətinə nəzarət etmək.

Tələblər

  • Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini, təmir, quraşdırma və montaj metodlarını, təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanmasını bilməlidir;
  • Detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri, təcrübədən keçməsi və təhvil verilməsinin texniki şərtlərini bilməlidir;
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.