Daxili nəzarət üzrə baş mütəxəssis

İşin təsviri

  • Şirkətin əsas daxili nəzarət mexanizmlərini yoxlamaq və sınaqdan keçirmək;
  • Proses və əməliyyatlarda mövcud nəzarət çatışmazlıqlarını müəyyənləşdirmək və nəzarət mexanizmlərinin gücləndirilməsi üçün tövsiyələr hazırlamaq;
  • Nəzarət pozuntuları ilə bağlı hədəfli daxili araşdırmalar aparmaq;
  • Daxili qayda və siyasətlərin pozuntularının səbəblərini araşdırmaq;
  • Şübhəli hallarla bağlı rəhbərliyə məlumat vermək, müvafiq bölmələrin fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar aparmaq və hesabat hazırlamaq;
  • Mənimsəmə, saxtakarlıq və korrupsiya risklərinin azaldılması üçün tədbirlərin həyata keçirilməsi və aidiyyəti biznes vahidləri qarşısında tövsiyələr vermək;
  • Daxili audit tapıntılarının izlənməsini təmin etmək;
  • Dövri sayımlar və təftişlərin aparılmasında iştirak etmək;
  • Birbaşa rəhbərin digər şifahi və yazılı tapşırıqlarını icra etmək.

Tələblər

  • İqtisadiyyat, Maliyyə və ya Hüquq üzrə ali təhsil;
  • Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində 1-3 il iş təcrübəsi;
  • Sahə üzrə arzu olunan sertifikatlar (CIA, CFE, ACCA və s.);
  • Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən fəal dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
  • Rus və ingilis dilləri arzu olunandır.;
  • Microsoft Office və digər proqramlar;
  • Biznes proseslərin təşkili və strukturu üzrə biliklər;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş nəzəri və praktiki biliklər;
  • Komanda yoldaşları və digər işçi heyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
  • Ölkədaxili ezamiyyət etmək imkanı;