İşin təsviri
- İstehsalat rəisinin və ya Mexanikin göstərişi əsasında işlədiyi sahənin avadanlıqlarının təmiri və baxımı işlərini qrafikə uyğun olaraq keyfiyyətlə yerinə yetirmək;
- Təmir işlərinin vaxtında aparılması üçün lazım olan alət, tərtibat və ehtiyat hissələrinin hazır olmasını təmin etmək;
- Təmir işləri zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifadə etmək;
- Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bu işlər tamamlandıqdan sonra rəhbərinə dəqiq və təfsilatlı məlumat vermək;
- İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmək;
- Avadanlığın mexaniki hissələrini, dişli çarxları, lentdüzən və kovadəyişən qurğuları, silindirlərin yastıqlarını yağlamaq;
- Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq.
Tələblər
Təhsil və təcrübə:
- Texniki və ya tam orta təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
Səriştə və bacarıqlar:
- Komandada işləmə bacarığı;
- Məsuliyyətlilik;
- Düzgünlük;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.
Əlavə məlumat:
- İş qrafiki: Çoxnövbəli;
- İş yeri: Bakı şəhəri;
- Nahar şirkət tərəfindən təmin edilir.