İşin təsviri
- Hərəkətdə olan traktorların marşrut üzrə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkəti barədə filial rəhbərliyini məlumatla təmin edir;
- Pambıq və digər üzvi maddələrin daşımalarının istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanıb verilməsini təşkil edir;
- Avtomobil, kombayn və traktor sürücülərinə marşrutların dəyişilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin edir;
- PİNŞ-nin müdiri və baş mexaniklə birgə fermerlərin becərmə və yük daşımalarına olan tələbatının tam ödənilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
- Traktor işinin məhsuldarlığının yüksəldilməsinə və daşımaların maya dəyərinin aşağı salınmasına imkan yaradan tədbirlər görür;
- Operativ dispetçer hesabatının vaxtında tərtib olunaraq Mexanizasiya şöbəsinə ötürülməsini təmin edir;
- Dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir.
Tələblər
Təhsil: Ali texniki təhsil;
Təcrübə: 1-2 il;
Dil bilikləri: Azərbaycan dili;
Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;
Texniki bilikləri:
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Avtomobil nəqliyyatı ilə sərnişin və yüklərin daşınması üzrə yuxarı orqanların qərar, sərəncam, əmrlərini, metodiki, normativ və digər rəhbər materialları bilməli;
- Daşımaların planlaşdırılması və dispetçer idarəetməsinin təşkili bilməli;
- Elektron-hesablama maşınlarından istifadə etməklə səmərəli marşrutların işlənməsi metodlarını bilməli;
- Yol hərəkəti qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilməli;
- Hərəkətdə olan avtomobil nəqliyyatının texniki istismar qaydalarını bilməlidir.