İşin təsviri
- Elektrik mühərriklərinin təmirdən sonra sazlanması və yoxlanmasını təmin etmək;
- Avadanlıqlarda istifadə edilən bütün elektrik hissələrinin yerini, funksiyasını bilmək və nasazlığını yoxlayıb aradan qaldırmaq;
- Təmir olunması mümkün olan (texnoloji baxımdan) cihazların təmirini və sazlanmasını həyata keçirmək;
- Güc və işıqlandırma sxemlərinə nəzarət etmək;
- Elektrik sxemlərinin oxunması və təmir zamanı işin sxemlərə uyğun yerinə yetirilməsini təmin etmək;
- Yarımstansiyanın elektrik avadanlığının, texnolji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularını yoxlanmaq və qüsurların aradan qaldırılmasını təmin etmək.
Tələblər
Təhsil və təcrübə:
- Müvafiq sahə üzrə orta ixtisas / ali təhsil (Elektrik, Elektrotexnika, Energetika və s.);
- Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır).
Texniki bacarıqlar:
- Elektrik mühərriklərinin təmiri, sazlanması və sınaq/yoxlama prosesləri üzrə təcrübə;
- Avadanlıqlarda istifadə olunan elektrik hissələrinin yerini və funksiyasını bilmə, nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı;
- Elektrik sxemlərini (güc və işıqlandırma sxemləri daxil olmaqla) oxuma və sxemlərə uyğun montaj/təmir işlərini icra etmə bacarığı;
- Yarımstansiya elektrik avadanlıqları, texnoloji maşınlar, avtomatika və telemexanika cihazları üzrə anlayış və onlarla işləmək bacarığı;
- Elektrik ölçü cihazları ilə işləmək (multimetr, meqommetr və s.) bacarığı.
Səriştə və bacarıqlar:
- Komandada işləmə bacarığı;
- Məsuliyyətlilik;
- Düzgünlük;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.
Əlavə məlumat:
- Növbəli iş qrafiki (gecə növbələri daxil olmaqla) ilə işləməyə hazır olmaq;
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 95;
- Nahar şirkət tərəfindən təmin edilir.