İşin təsviri
- Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına texniki xidmət göstərmək;
- Elektrik mühərriklərində və texnoloji avadanlıqların elektrik sxemlərində nasazlıqları və zədələnmələri aşkar edib aradan qaldırmaq;
- Elektrik avadanlıqlarının təmiri, profilaktik baxışı və texniki xidmətində iştirak etmək;
- Elektrik cihazları (elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlər) üzərində sökülmə, sazlama və xidmət işlərini yerinə yetirmək;
- Zavod və ya məntəqənin enerji təchizatını fasiləsiz təmin etmək məqsədilə enerji təsərrüfatını yoxlamaq və gündəlik olaraq Baş energetikə məruzə etmək;
- Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələri barədə sifarişləri vaxtında Baş energetikə təqdim etmək;
- Enerji qurğularının davamlı və təhlükəsiz işləməsinə nəzarət etmək;
- Elektrik keçiricilərinin üstünün açıq qalmamasına nəzarət etmək və qısaqapanmaların qarşısını almaq;
- Elektrik qurğularının, nəzarət-ölçü cihazlarının və yeraltı qurğuların təhlükəsiz istismarını təmin etmək;
- Elektrik enerjisinin sərfiyyatını təhlil etmək, baş verən qəzalar və onların səbəbləri barədə Baş energetikə məlumat vermək;
- Enerji qurğularının gərgin rejimlərdə işləməsinə hazırlıq tədbirlərini icra etmək;
- Profilaktik təmir və texniki yoxlama işlərini yerinə yetirmək.
Tələblər
- Təhsil: Orta ixtisas və ya peşə təhsili;
- İş təcrübəsi: Elektrik sahəsində 1–3 il iş təcrübəsi;
- Peşə bilikləri və bacarıqlar:
- Elektrotexnikanın əsaslarını bilmək;
- Elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının və elektrik cihazlarının iş prinsiplərini bilmək;
- Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- Aşağı və yüksək gərginlikli xətlərin birləşdirilməsi və lehimlənməsi üsullarını bilmək;
- Elektrik cərəyanından zədələnmə zamanı ilk tibbi yardım göstərmə qaydalarını bilmək;
- Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemlərini bilmək;
- Rele mühafizəsi və onun növləri haqqında ümumi məlumatlara sahib olmaq;
- Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənmə səviyyəsini müəyyənləşdirmək bacarığı;
- Əlavə tələblər:
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilmək və onlara riayət etmək;
- Daxili əmək intizamı qaydalarına əməl etmək;
- Məsuliyyətli, diqqətli və operativ işləmə bacarığı.