İşin təsviri

  • Elektrik mühərriklərinin təmirdən sonra sazlanması və yoxlanmasını təmin etmək;
  • Avadanlıqlarda istifadə edilən bütün elektrik hissələrinin yerini, funksiyasını bilmək və nasazlığını yoxlayıb aradan qaldırmaq;
  • Təmir olunması mümkün olan (texnoloji baxımdan) cihazların təmirini və sazlanmasını həyata keçirmək;
  • Güc və işıqlandırma sxemlərinə nəzarət etmək;
  • Elektrik sxemlərinin oxunması və təmir zamanı işin sxemlərə uyğun yerinə yetirilməsini təmin etmək;
  • Yarımstansiyanın elektrik avadanlığının, texnolji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularını yoxlanmaq və qüsurların aradan qaldırılmasını təmin etmək.

Tələblər

Təhsil və təcrübə:

  • Ali və ya Orta texniki təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır).

Səriştə və bacarıqlar:

  • Komandada işləmə bacarığı;
  • Müxtəlif iş vəziyyətlərinə cavab verə bilən çeviklik;
  • Məsuliyyətlilik;
  • Düzgünlük;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.

Əlavə məlumat:

  • İş qrafiki: Növbəli;
  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 95;
  • Nahar şirkət tərəfindən təmin edilir.