İşin təsviri
- Daha yüksək ixtisaslı elektrik personalının rəhbərliyi altında avadanlıqların sökülməsi və əsaslı təmirini həyata keçirmək;
- Elektrik mühərriklərinin təmirdən sonra sazlanması və yoxlanmasını təmin etmək;
- Müəssisə yarımstansiyalarında və transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişdirilməsini icra etmək;
- Elektrik avadanlıqları, maşınlar, aqreqatlar və texnoloji prosesin avtomatik tənzimlənməsi sistemlərinə texniki xidmət göstərmək;
- Yarımstansiyanın elektrik avadanlığı, texnoloji maşınlar, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemlərini yoxlamaq və qüsurlarını aradan qaldırmaq;
- Avadanlıqlarda istifadə olunan bütün elektrik hissələrinin yerini, funksiyasını bilmək və nasazlıqları aradan qaldırmaq;
- Təmir oluna bilən cihazların texniki baxımını, təmirini və sazlanmasını həyata keçirmək;
- Güc və işıqlandırma sxemlərinə nəzarət etmək, elektrik sxemlərini oxumaq və təmir zamanı işləri sxemlərə uyğun aparmaq;
- Nasazlıqları müəyyən edən xəta kodlarını təhlil etmək və səbəb olan elementləri müəyyənləşdirmək.
Tələblər
- Ali və ya orta texniki təhsil (və ya ekvivalent peşə təlimi);
- Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;
- Telemexanika və elektronika üzrə biliklərə sahib olmaq;
- Elektrik avadanlığı, kabel və hava şəbəkələrinin yoxlama metodlarını bilmək;
- Sabit və dəyişən cərəyan mühərrikləri, müdafiə və ölçü cihazları, komutasiya avadanlıqlarının iş prinsiplərini bilmək;
- Elektrik avadanlıqlarının təmir, xidmət, yoxlama və yığım metodlarını bilmək;
- Yarımstansiyada istifadə olunan bütün açar və ayırıcıların iş prinsiplərini bilmək;
- Yükdən asılı olaraq məftilin en kəsiyinin, qoruyucuların və mühafizə qurğularının düzgün seçilməsini bacarmaq;
- Yarımkeçiricilərin quruluşu və iş prinsipləri barədə biliklərə sahib olmaq;
- Mürəkkəb ölçü alətlərindən istifadə bacarığına malik olmaq;
- Məftillərin çəkilməsi, elektrik maşın və cihazların qoşulması və ayrılması qaydalarını bilmək.