Əmək haqqı üzrə mühasib/Xəzinədar (Neftçala)

İşin təsviri

  • Mühasibat hesabının əmək haqqı üzrə əməliyyatları (təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir;
  • Fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır;
  • Mədaxil-məxaric sənədləri əsasında kassa kitabçasında qeydiyyat aparır, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlayır, kassa hesabatını tərtib edir.

Tələblər

Tələblər:

  • Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə olması arzuolunandır);
  • Təcrübə: Müvafiq sahə üzrə 3 il;
  • Dil bilikləri: Səlis Azərbaycan dili, (Rus dili-arzu olunandır)
  • Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər.

Texniki biliklər:

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Analitik, liderlik, qərar qəbuletmə və məntiqi düşünmə bacarıqları;
  • AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
  • Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin, mühasibat hesabatlarının tərtibini qaydalarını bilmək, hesabat sahələri üzrə sənəd dövrüyyəsinin təşkili, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabatı sistemində əks olunma qaydalarını bilmək.