İşin təsviri
- Ona təhkim edilmiş ərazilərdə əkinə yararlı sahələrin seçilərək fermerlərlə müqavilə bağlanmasını təmin etmək;
- Tabeliyində olan ərazilərə mütəmadi olaraq baxış keçirərək aqronomları məlumatlandırmaq;
- Əkin sahələrində daim müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları ilə mübarizədə fermerlərə yaxından dəstək olmalı;
- Ərazilərə baxış zamanı fermerlər tərəfindən görülmüş işlərin müqabilində onların istəyinə uyğun və təşkilatın tələb olunan qaydalarını pozmamaq şərtilə mühasibatlığa həmin kartlara avansın köçürülməsi üçün sifarişlərin verilməsi;
- Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarılma işlərinin aparılmasını təşkil etmək;
- Pambıq əkini zamanı bütün aqrotexniki tədbirlərin keyfiyətli aparılmasını təmin etmək;
- Məhsul toplanmasında verilən normaya uyğun məhsulun vaxtında məntəqəyə göndərilməsini təmin etmək.
Tələblər
- Təhsil: Ali və ya orta ixtisas təhsili;
- Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək;
- Kompüter bilikləri: MS Office proqramlarını bilmək (biliklər üstünlük sayılır);
- Sahələrin və bağların becərilməsinin qabaqcıl metodları barədə məlumatlı olmaq;
- Məsuliyyətli, düzgün, dəqiq və etibarlı olmaq;
- Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq.