İşin təsviri
- Ona təhkim edilmiş ərazilərdə əkinəyararlı sahələri seçərək fermerlərlə müqavilələrin bağlanmasını təmin etmək;
- Tabeliyində olan ərazilərə mütəmadi olaraq baxış keçirmək və aqronomları məlumatlandırmaq;
- Əkin sahələrində mütəmadi müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları ilə mübarizədə fermerlərə yaxından dəstək göstərmək;
- Ərazilərə baxış zamanı fermerlər tərəfindən görülmüş işlərə uyğun olaraq, onların müraciəti əsasında və təşkilatın müəyyən edilmiş qaydalarına riayət edilməklə mühasibatlığa müvafiq kartlara avans vəsaitinin köçürülməsi üçün sifariş vermək;
- Ərazilərdə şum, reyker, mala, səpin, kultivasiya və suvarma işlərinin aparılmasını təşkil etmək;
- Pambıq əkini zamanı bütün aqrotexniki tədbirlərin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin etmək;
- Məhsul yığımı zamanı müəyyən edilmiş normaya uyğun olaraq məhsulun vaxtında məntəqəyə təhvil verilməsini təmin etmək.
Tələblər
- Orta təhsil;
- MS Office proqramları üzrə biliklər üstünlükdür;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Sahələrin və bağların becərilməsinin qabaqcıl metodları barədə məlumatlı olmalı;
- Məsuliyyətlilik, dürüstlük, dəqiqlik və etibarlılıq kimi müsbət keyfiyyətlərə malik olmaq.