İşin təsviri
- Məhsul istehsal etmək, birləşdirmək və ya nəql etmək üçün xüsusi maşınlardan istifadə etmək;
- Maşınları kifayət qədər xammal ilə təmin etmək üçün, ilk məhsul nəzarətini və operator aralıq nəzarətini yerinə yetirmək;
- Maşının parametrlər cədvəlinə uyğun olaraq işləməyinə nəzarət etmək;
- Aidiyatı lot üzrə fitil rənglərini düzgün seçmək;
- Fitil iplik qopuşlarının sayını minimum təmin etmək, təmizləyici keçələrin təmizlənməsini mütəmadi olaraq aparmaq;
- Maşınla əlaqəli səhvləri və ya çatışmazlıqları aşkar etmək üçün dəyişiklik zamanı baş verə biləcək problemləri həll etmək;
- Maşınlarda aşkar olunmuş texniki problemlər barədə rəhbərə məlumat vermək;
- Maşın və avadanlıqlara qulluq etmək, təmiz saxlamaq;
- Gigiyenik və nizamlı iş mühiti yaratmaq üçün obyektin təmizliyini və qaydasını təmin etmək;
- İş prossesinə iş sahəsinə, növbənin ərazi, avadanlıq baxımından təmiz və səliqəli, avadanlıqların işlək və saz vəziyyətdə təhvil alınmasından başlamaq;
- İstehsalat prosesinin gedişatına və hansı prosesin hansı həcmdə getməyinə diqqət yetirmək;
- Fərdi mühafizə vasitələrinin istifadəsinə, təhlükəsizlik tədbirlərinə diqqət yetirməklə, avadanlığın təmizliyini fasiləsiz surətdə aparmaq;
- Növbə ərzində baş verə biləcək qüsur, qəzalar, yanğın təhlükəsi haqqında dərhal rəhbərliyə xəbər vermək;
- İşin sonunda iş sahəsini və avadanlıqları təmiz və səliqəli şəkildə təhvil vermək;
- İş vaxtı aidiyyatı iş yerində olmaq, verilən tapşırığı düzgün və təhlükəsiz yerinə yetirmək;
- İstehsalat prosesinin fasiləsiz və qəzasız aparılmasına diqqət etmək.
Tələblər
Tələblər:
- Avadanlıqları tənzimləmə qaydalarını bilməlidir;
- Keyfiyyət və təmizlik parametrlərini bilməlidir;
- Əməyin mühafizəsi. təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.
Fərdi keyfiyyət və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Müxtəlif iş vəziyyətlərinə cavab verə bilən çeviklik;
- Təşəbbüskar;
- Yeni ideyalar təklif etmə bacarığı;
- Məsuliyyətlilik;
- Düzgünlük.