İşin təsviri
- Maşınları kifayət qədər xammal ilə təmin etmək üçün ilk məhsul nəzarətini və operator aralıq nəzarətini yerinə yetirmək;
- İş vaxtı sahə daxilində Növbə rəisi və usta tərəfindən verilən tapşırıqları icra etmək;
- Maşınlarda aşkar olunmuş texniki problemlər barədə rəhbərə məlumat vermək;
- Maşın və avadanlıqlara qulluq etmək, təmiz saxlamaq;
- İş prosesinə avadanlıqların işlək və saz vəziyyətdə təhvil alınmasından başlamaq;
- Fərdi mühafizə vasitələrinin istifadəsinə, təhlükəsizlik tədbirlərinə diqqət yetirməklə avadanlığın təmizliyini fasiləsiz sürətdə aparmaq;
- Növbə ərzində baş verə biləcək qüsur, qəzalar, yanğın təhlükəsi haqqında dərhal rəhbərliyə xəbər vermək;
- İşin sonunda iş sahəsini və avadanlıqları təmiz və səliqəli şəkildə təhvil vermək.
Tələblər
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
- Tam orta təhsil;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Komandada işləmə bacarığı;
- Diqqətlilik;
- Məsuliyyətlilik.
Əlavə məlumat:
- İş qrafiki: Növbəli;
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2;
- Nahar şirkət tərəfindən təmin edilir.