İşin təsviri
- Transport-fitil təmizləmə sahəsində fitillərin lot və iplik nömrəsinə görə makinalara düzgün yönəltmək, tranportirovka və fitil təmizləmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
- Ring sahəsində işlənmiş fitillərin üzərində qalan yarımçıq liflərin təmizlənməsi, onların aidiyyatı lot üzrə rənginə görə çeşidləmək;
- Maşınları kifayət qədər xammal ilə təmin etmək üçün, ilk məhsul nəzarətini və operator aralıq nəzarətini yerinə yetirmək;
- Aidiyatı Lot üzrə fitil rənglərini düzgün seçmək;
- Maşınlarda aşkar olunmuş texniki problemlər barədə rəhbərliyə məlumat vermək;
- Maşın və avadanlıqlara qulluq etmək, təmiz saxlamaq;
- Gigiyenik və nizamlı iş mühiti yaratmaq üçün obyektin təmizliyini və qaydasını təmin etmək;
- İş prossesinə iş sahəsinə, növbənin ərazi, avadanlıq baxımından təmiz və səliqəli, avadanlıqların işçi və saz vəziyyətdə təhvil alınmasından başlamaq;
- İstehsalat prosesinin gedişatına və hansı prosesin hansı həcmdə getməyinə diqqət yetirmək;
- Fərdi mühafizə vasitələrinin istifadəsinə, təhlükəsizlik tədbirlərinə diqqət yetirməklə, avadanlığın təmizliyini fasiləsiz surətdə aparmaq;
- Növbə ərzində baş verə biləcək qüsur, qəzalar, yanğın təhlükəsi haqqında dərhal rəhbərliyə xəbər vermək;
- İşin sonunda iş sahəsini və avadanlıqları təmiz və səliqəli şəkildə təhvil vermək;
- İş vaxtı aidiyyatı iş yerində olmaq, verilən tapşırığın düzgün və təhlükəsiz yerinə yetirmək;
- İstehsalat prossesinin fasiləsiz və qəzasız aparılmasına diqqət etmək.
Tələblər
Təhsil və təcrübə
- Orta təhsil.
- Müvafiq sahə üzrə təcrübə arzuolunandır.
Biliklər:
- Avadanlıqları tənzimləmə qaydalarını bilməlidir;
- Keyfiyyət və təmizlik parametrləri üzrə biliklər;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.
Fərdi Keyfiyyət və Bacarıqlar:
- Komandada işləmə bacarığı;
- Müxtəlif iş vəziyyətlərinə cavab verə bilən çeviklik;
- Təşəbbüskar;
- Yeni ideyalar təklif etmə bacarığı;
- Məsuliyyətlilik;
- Düzgünlük;