İşin təsviri
- Filialın daxilində bütün neqativ halların qarşısını almaq (münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s.);
- Nəzarət buraxılış məntəqəsindən keçən şəxsləri yoxlamaq;
- Xüsusi buraxılış kağızı əsasında mühafizə olunan obyektə daxil olan qonaqların qeydiyyatını həyata keçirmək;
- Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişini məhdudlaşdırmaq;
- Qıfılların, qapıların, möhürlərin, gözətçinin texniki avadanlığının vəziyyətini yoxlamaq;
- Obyektə (təhlükəsizlik dərəcəsindən aslı olaraq) giriş-çıxış zamanı adamların əl çantalarını yoxlamaq;
- Təlimata əsasən tapşırılan obyekti müəyyən olunmuş vaxt çərçivəsində gözətləmək;
- Obyektə gətirilən və ya çıxarılan mal-materialın, maşın və texnikanın qeydiyyatını aparmaq;
- Geyim qaydasına riayət etmək;
- Baş verən hadisə barədə gözətçi rəhbərinə mütəmadi olaraq məlumat vermək.
Tələblər
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Güclü analitik və məntiqi düşüncə bacarıqları;
- Analitik düşüncə, dəyərləndirmə, vaxtında doğru qərar qəbul etməyi bilməli;
- Hərbi xidməti başa vurmuş, fiziki cəhətdən sağlam olmalı;
- Mühafizə barədə ilkin biliklərə malik olmalı.