Gözətçi/növbə rəisi (Sabirabad)

İşin təsviri

  • Münaqişə, oğurluq, qadağan olunmuş zonalarda siqaret çəkmə və digər neqativ halların qarşısını almaq;
  • Nəzarət-buraxılış məntəqəsindən keçən şəxsləri yoxlamaq;
  • Spirtli içki qəbul etmiş şəxslərin əraziyə daxil olmasının qarşısını almaq;
  • Obyektə daxil olan şəxslərin əl çantalarını (təhlükəsizlik dərəcəsinə uyğun olaraq) yoxlamaq;
  • Xüsusi buraxılış vəsiqəsi əsasında obyektə daxil olan qonaqları qeydiyyata almaq;
  • Mal-material, texnika və nəqliyyat vasitələrinin giriş-çıxış qeydiyyatını aparmaq;
  • Qıfılların, qapıların, möhürlərin və istifadə etdiyi texniki avadanlıqların vəziyyətinə baxış keçirmək;
  • Təlimata əsasən tapşırılmış ərazini müəyyən olunmuş vaxt çərçivəsində fiziki olaraq qorumaq;
  • Baş verən hadisələr barədə vaxtında rəhbərinə məlumat vermək;
  • Geyim və xidməti etiket qaydalarına riayət etmək.

Tələblər

İş təcrübəsi:

  • Mühafizə sahəsində minimum 1 il iş təcrübəsinin olması vacibdir;
  • Növbələrin idarə olunması prosesində iştirak təcrübəsi arzuolunandır.

Təhsil:

  • Ali və ya orta ixtisas təhsili arzu olunandır.

Texniki və funksional biliklər:

  • Sənədlər əsasında işləmə bacarığı tələb olunur;
  • Mal-material dövriyyəsi zamanı sayım prosesində iştirak etmək, sənədlərdəki say və ad uyğunluğunu yoxlamaq bacarığı.;
  • Açıq ərazilərdə mal-materialın təhlükəsiz və mühafizəli yerləşdirilməsinin təşkili üzrə anlayış və təcrübə;
  • Kompüter bilikləri (qeydiyyat sistemlərində işləmək bacarığı) arzuolunandır.