Gözətçi növbə rəisi

2 Oktyabr 2026

İşin təsviri

Xidmətə başlamadan öncə əvvəlki növbədəki əməkdaşdan Obyektə aid açarları, qıfılları, möhürləri, sənədləri və digər texniki avadanlıqları təhvil almalı, baş vermiş hadisələr barədə məlumat almalıdır;

Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa-sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında özünün birbaşa tabe olduğu rəhbərə xəbər verir və Cəmiyyətdən aidiyyatı rəhbər personellər gələnə qədər izin qorunmasını təmin etmək;

Daxili iş qaydalarına uyğun olaraq müəssisə, idarə, təşkilatın girəcəyində xidmətdə olduğu zaman işçilərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə və təşkilatın ərazisinə lazımi sənədlər təqdim etdikdən sonra buraxılmasına və çıxışına nəzarət etmək;

Obyektə gətirilən və ya çıxarılan qiymətli materialların qeydiyyatını aparmalı;

Obyekt əmlakının qorunmasını təşkil etməli, obyektə kənar şəxslərin daxil olmasının qarşısı alınmalıdır;

Hüquq pozuntusunun qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə birbaşa tabe olduğu rəhbəri yazılı surətdə məlumatlandırmaq;

Tələblər

1. Hərbi biletin olması

2. Komputer bilikləri microsoft ofis (Excel, Word)

3. Yazı yazma qabiliyyəti