İşin təsviri
- Filial daxilində baş verə biləcək bütün neqativ halların – o cümlədən münaqişələrin, oğurluğun və qadağan olunmuş ərazilərdə siqaret çəkilməsinin qarşısını almaq və bu kimi hadisələrin baş verməməsi üçün önləyici tədbirlər görmək;
- Əraziyə daxil olan bütün şəxslərin Nəzarət Buraxılış Məntəqəsindən (NBM) keçid zamanı vizual və ya texniki vasitələrlə yoxlanılması, müvafiq xüsusi buraxılış sənədləri əsasında qonaqların qeydiyyatının aparılması, həmçinin spirtli içki qəbul etmiş şəxslərin əraziyə daxil olmasının qarşısının alınması;
- Ərazidəki qıfılların, qapıların, möhürlərin, kameraların və digər texniki avadanlıqların mütəmadi olaraq fiziki baxış və nəzarət yolu ilə yoxlanılması, onların bütövlüyünün və işlək vəziyyətdə olmasının təmin edilməsi;
- Obyektə daxil olan və ya çıxarılan mal-material, texnika və nəqliyyat vasitələrinin qeydiyyatını dəqiqliklə aparmaq və qeyri-qanuni daşınmalara qarşı nəzarəti həyata keçirmək. Zəruri hallarda əl çantalarının yoxlanılması, bu prosesin təlimatlara uyğun şəkildə və etik normalar çərçivəsində icrası;
- Gözətçiyə təhkim olunmuş obyektlərin müəyyən olunmuş vaxt çərçivəsində və təlimata uyğun şəkildə gözlənilməsi, ərazidə baş verən istənilən insident və ya qeyri-adi hal barədə operativ olaraq rəhbərliyə məlumat verilməsi;
- Geyim qaydalarına ciddi riayət etmək, xidmətdə nizam-intizamlı və diqqətli olmaq, təhlükəsizliklə bağlı bütün təlimat və prosedurlara əməl etmək.
Tələblər
Təcrübə
- Mühafizə sahəsində 1-3 il arası iş təcrübəsi mütləqdir.
İnzibati qeydiyyat və nəzarət
- Gündəlik mal-material dövriyyəsinin kitablara və ya elektron uçota düzgün işlənilməsi bacarığı;
- Gündəlik nəqliyyat vasitələrinin əraziyə daxil olub-çıxmasının qeydiyyatının aparılması;
- NBM (Nəzarət Buraxılış Məntəqəsi) daxilində təhlükəsiz giriş-çıxış prosesinə nəzarət;
- Əraziyə kənar şəxslərin müvafiq icazə olmadan giriş-çıxışının qarşısının alınması və nəzarətin təşkili.
Texniki və təhsil tələbləri
- İT sahəsində baza biliklərinin olması arzu olunandır (məsələn, qeydiyyat sistemlərində işləmək bacarığı).
- Ali təhsilin olması arzuolunandır.