İşin təsviri
- Filialda gözətçi xidmətinin işini təşkil etmək və idarə etmək;
- Gözətçilərin iş qrafikini tərtib etmək və icrasına nəzarət etmək;
- Növbə dəyişmələrinin düzgün aparılmasına və təhvil-təslim prosesinə nəzarət etmək;
- Gözətçilərin iş yerlərində olmasını yoxlamaq, ehtiyaclarını vaxtında müəyyən etmək və aradan qaldırılmasını təmin etmək;
- Gözətçilərin etik davranış qaydalarına, geyim normalarına və daxili prosedurlara əməl etməsinə nəzarət etmək;
- Tabeliyində olan mühafizə heyətinin intizamına görə məsuliyyət daşımaq;
- Gözətçilərə peşə öhdəliklərinin icrası ilə bağlı təlimat və göstərişlər vermək;
- Aparılmış gündəlik qeydiyyat əsasında region mühafizə rəhbərinə hesabat təqdim etmək;
- Gözətçilərin sənədləşmə işlərinin düzgün və vaxtında aparılmasına nəzarət etmək.
Tələblər
- Ali təhsil (təhlükəsizlik, hüquq, idarəetmə və ya digər müvafiq sahələr üzrə);
- Mühafizə və təhlükəsizlik sahəsi üzrə əsas biliklərə malik olmaq;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Güclü analitik və məntiqi düşünmə bacarığı, risklərin qiymətləndirilməsi və operativ qərarvermə qabiliyyəti
- Çarpaz funksional əməkdaşlıq və problemlərin operativ həllini təşkil etmə bacarığı;
- Gözətçi heyəti ilə işləmə, intizamı təmin etmə və motivasiya bacarıqları;
- Məsuliyyətlilik, dəqiqlik, çeviklik və təşkilatçılıq qabiliyyəti;
- Stressə davamlılıq və fövqəladə situasiyalarda operativ fəaliyyət göstərə bilmək bacarığı;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yüksək nəzarət və hesabatlılıq vərdişləri.
İş təcrübəsi:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (mühafizə xidməti, təhlükəsizlik və ya oxşar sahələrdə rəhbər
vəzifədə təcrübə üstünlükdür);
- Növbələrin idarə olunması prosesində iştirak təcrübəsinin olması.
Texniki və funksional biliklər:
- Sənədlər əsasında işləmə bacarığı tələb olunur;
- Kompüter bilikləri (qeydiyyat sistemlərində işləmək bacarığı) arzuolunandır.