İşin təsviri
- Filialın daxilində bütün neqativ halların qarşısını almaq (münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s.);
- Nəzarət buraxılış məntəqəsindən keçən şəxsləri yoxlamaq;
- Xüsusi buraxılış kağızı əsasında mühafizə olunan obyektə daxil olan qonaqların qeydiyyatını həyata keçirmək;
- Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişini məhdudlaşdırmaq;
- Qıfılların, qapıların, möhürlərin, gözətçinin texniki avadanlığının vəziyyətini yoxlamaq;
- Obyektə (təhlükəsizlik dərəcəsindən aslı olaraq) giriş-çıxış zamanı adamların əl çantalarını yoxlamaq;
- Təlimata əsasən tapşırılan obyekti müəyyən olunmuş vaxt çərçivəsində gözətləmək;
- Obyektə gətirilən və ya çıxarılan mal-materialın, maşın və texnikanın qeydiyyatını aparmaq;
- Geyim qaydasına riayət etmək;
- Baş verən hadisə barədə gözətçi rəhbərinə mütəmadi olaraq məlumat vermək.
Tələblər
İş təcrübəsi:
- Mühafizə sahəsində minimum 1 il iş təcrübəsinin olması vacibdir;
- Növbələrin idarə olunması prosesində iştirak təcrübəsi arzuolunandır.
Təhsil:
- Ali və ya orta ixtisas təhsili arzu olunandır.
Texniki və funksional biliklər:
- Sənədlər əsasında işləmə bacarığı tələb olunur;
- Mal-material dövriyyəsi zamanı sayım prosesində iştirak etmək, sənədlərdəki say və ad uyğunluğunu yoxlamaq bacarığı.;
- Açıq ərazilərdə mal-materialın təhlükəsiz və mühafizəli yerləşdirilməsinin təşkili üzrə anlayış və təcrübə;
- Kompüter bilikləri (qeydiyyat sistemlərində işləmək bacarığı) arzuolunandır.