İşin təsviri
- Giriş-çıxışda içəri daxil olan,çıxan adamların çanta və nəqliyyatların yoxlanması və qeydiyyatı.
- İstənilən neqativ hala yol vermiş şəxsin ərazidən kənarlaşdırmaq kimi səlahiyyəti vardır.
- Filialın daxilində bütün neqativ halların qarşısını almaq ( münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s );
- Nəzarət buraxılış məntəqəsindən keçən şəxslərin yoxlanması;
- Xüsusi buraxılış kağızı əsasında mühafizə olunan obyektə daxil olan qonaqların qeydiyyatının həyata keçirilməsi;
- Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişinin məhdudlaşdırılması;
- Qıfılların, qapıların, möhürlərin, gözətçinin texniki avadanlığının vəziyyətinin yoxlanması;
- Obyektə (təhlükəsizlik dərəcəsindən aslı olaraq) giriş-çıxış zamanı adamların əl çantalarının yoxlanması;
- Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində gözətlənməsi;
- Obyektə gətirilən və ya çıxarılan mal-materialın, maşın və texnikanın qeydiyyatının aparılması;
- Hadisələrə qarşı diqqətli davranmaq;
- Geyim qaydasına riayət etmək;
- Baş verən hadisə barədə gözətçi rəhbərinə mütəmadi olaraq məlumat vermək.
Tələblər
Təhsil: Orta təhsil
Təcrübə: 1 il
Dil Bilikləri: Azərbaycan dili
Texniki Bilikləri:
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Analitik və məntiqi düşüncə bacarıqları;
- Analitik düşüncə, dəyərləndirmə, vaxtında doğru qərar qəbul etməyi bilməli;
- Hərbi xidməti başa vurmuş, fiziki cəhətdən sağlam olmalı;
- Mühafizə barədə ilkin biliklərə malik olmalıdır.