İşin təsviri
- Hazır məhsulların qəbulunu, yerləşdirilməsini və sistemə mədaxil edilməsini təmin etmək;
- Anbarda hazır məhsulların müvafiq sistem və ardıcıllıqla yığılmasına və yerləşdirilməsinə nəzarət etmək;
- Hazır məhsulların təhlükəsizliyini və düzgün saxlanılmasını təmin etmək, sənədləşdirmə və mədaxil–məxaric sənədlərinin təhvili qaydalarına riayət olunmasını təmin etmək;
- Sifarişlər üzrə malların düzgün bölgüsünü həyata keçirmək, sifarişləri ilkin olaraq anbar qalığında yoxlamaq və malların mövcudluğuna əmin olduqdan sonra 1C anbar modulu vasitəsilə və ya rəhbərliyin rəsmi e-mail məktubu əsasında sifarişçilərə göndərmək;
- Rəsmiləşdirmə və hesabat qaydalarına riayət edilməsini təmin etmək, müvafiq aylıq hesabatlar tərtib etmək;
- Anbarda yanğına qarşı ləvazimatların mövcudluğu və saz vəziyyətdə olmasına, həmçinin avadanlıqların və inventarın vaxtında təmirinə nəzarət etmək;
- Köhnəlmiş, zədələnmiş və ya yararsız məhsulları müəyyənləşdirmək, bu barədə rəhbərliyə müvafiq hesabat təqdim etmək;
- Məhsulların düzgün yerləşdirilməsini və etiketlənməsini təmin etmək;
- Stok səviyyəsinə nəzarət etmək və dövri inventarizasiya aparmaq;
- Malların vaxtında və düzgün təhvil verilməsini təmin etmək;
- Anbarın təmizliyinə və səliqəsinə riayət etmək;
- Anbar sənədlərinin (qaimə, akt, hesabat və s.) düzgün və tam aparılmasını təmin etmək;
- Yükləmə və boşaltma işlərinin düzgün təşkili və icrasına nəzarət etmək;
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək.
Tələblər
- Ali təhsil – logistika, iqtisadiyyat, istehsalatın təşkili, mühəndislik və ya idarəetmə sahələri üzrə;
- Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
- Anbar idarəetməsi və anbar modulu üzrə sertifikatlara malik olmaq;
- Stok və inventar nəzarəti üzrə bilik və bacarıqlar;
- Barkod və skanerlərlə işləmək bacarığı;
- Forklift və digər anbar avadanlıqları ilə işləmək bacarığı;
- Avadanlıqların və materialların saxlanma qaydaları barədə biliklər.