İşin təsviri
- Hazır məhsulların qəbulunu, yerləşdirilməsini və sistemə mədaxil edilməsini təmin etmək;
- Məhsulların anbarda düzgün yığılmasını, saxlanılmasını və etiketlənməsini təmin etmək;
- Hazır məhsulların təhlükəsiz saxlanılmasına və mədaxil-məxaric sənədlərinin düzgün aparılmasına nəzarət etmək;
- Sifarişlər üzrə malların düzgün bölgüsünü aparmaq və filiallara təhvil verilməsini təmin etmək;
- Malların vaxtında yüklənməsi, boşaldılması və göndərilməsi prosesini təşkil etmək;
- Anbar sənədlərinin və hesabatların düzgün aparılmasını təmin etmək;
- Stok səviyyəsinə nəzarət etmək və inventarizasiya prosesində iştirak etmək;
- Zədələnmiş və yararsız məhsulları müəyyən etmək, qeydiyyatını aparmaq və rəhbərliyə məlumat vermək;
- Anbarın təmizliyinə, avadanlıqların sazlığına və yanğından mühafizə vasitələrinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi, daxili qayda və prosedurlara riayət olunmasını təmin etmək.
Tələblər
- FIFO, LIFO və stok idarəetmə prinsiplərini bilmək;
- Inventarizasiya və stok nəzarəti üzrə biliklərə malik olmaq;
- Barkod, skaner və anbar avadanlıqları ilə işləmə bacarığına sahib olmaq;
- WMS, ERP, 1C, SAP və Logo proqramlarından istifadə bacarığına malik olmaq;
- MS Excel proqramında işləmə bacarığını bilmək;
- Forklift və digər anbar texnikalarının istifadə qaydalarını bilmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilmək;
- Qaimə-faktura, təhvil-təslim aktı və digər anbar sənədləri ilə işləmə bacarığına malik olmaq;
- Anbarda materialların düzgün saxlanılması və yerləşdirilməsi qaydalarını bilmək;
- Anbar təsərrüfatı və müvafiq qanunvericilik üzrə ümumi biliklərə malik olmaq.