İşin təsviri
- Laboratoriyada istismarda olan avadanlıqlara texniki qulluq göstərilməsi;
- Filiallardan gələn nümunələrin siyahıya və tələblərə uyğun qaydada qəbul edilməsi;
- Nümunələrin qeydiyyatının aparılması;
- Analiz nəticələrinin düzgün şəkildə qeydiyyata alınması və sistemə daxil edilməsi;
- Analiz nəticələrinin təhlil edilməsi, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanılması;
- HVI avadanlığının texniki vəziyyətinə nəzarət olunması və ara yoxlamaların aparılması;
- HVI avadanlığının kalibrləmə müddətinin qüvvədə olmasına nəzarət edilməsi;
- Ətraf mühit şərtlərinin mütəmadi olaraq monitorinqinin aparılması;
- Aşkar olunan uyğunsuzluqlar barədə dərhal rəhbərliyə məlumat verilməsi;
- Mal-materialın və şahid nümunələrin anbarda saxlanması prosedurunun tələblərinə riayət olunması;
- İş prosesindən yaranan zərurət nəticəsində verilən konkret tapşırıq və ya göstərişin yerinə yetirilməsi;
- Cəmiyyətin fəaliyyətindən irəli gələn yerli qanunvericiliyin, eləcə də Cəmiyyətin təsdiq etdiyi bütün siyasət, prosedur, təlimat, kodeks, qayda və əmrlərin tələblərinə riayət olunması.
Tələblər
Təhsil: Ali, orta ixtisas (müvafiq sahə üzrə);
Təcrübə: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili (İngilis dili və Rus dili – üstünlükdür);
Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint);
Təcrübə: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi.
Səriştə və bacarıqlar:
- Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
- Dəyişikliyə açıq olmaq və dəyişiklikləri idarə edə bilmə bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
- Dəqiqlik və detallara diqqət yetirmək bacarığı;
- Məsuliyyətlilik;
- Düzgünlük;
- Etibarlılıq;
- Təqdimat bacarıqları.