Hüquq Şöbəsinin Rəhbəri

2 Sentyabr 2025

İşin təsviri

1. Müqavilə və Hüquqi Sənədlər

· Şirkət üzrə bütün müqavilələrin hüquqi baxışının həyata keçirilməsi və risk qiymətləndirilməsi

· Kommersiya və əməliyyat müqavilələrinin layihələndirilməsi, hüquqi risklərin qiymətləndirilməsi

· Tərəfdaşlarla (təchizatçılar, icarədarlar, müştərilər) hüquqi danışıqların aparılması

· Hüquqi sənədlərin şablonlaşdırılması və müqavilə dövriyyəsinin idarə olunması (contract lifecycle)

2. Korporativ Hüquq və İdarəçilik

· Şirkətin təsis sənədlərinin, lisenziyaların və qeydiyyat sənədlərinin idarə edilməsi

· İdarə Heyəti və digər korporativ orqanların qərarlarının hüquqi baxımdan dəstəklənməsi

· Qanunvericiliyin dəyişikliklərinə uyğun sənədləşmə və fəaliyyətin tənzimlənməsi

· Şirkətin tərəf olduğu bütün məhkəmə proseslərini koordinasiya etmək və nəticələrini təhlil etmək

3. Risklərin İdarə Edilməsi və Hüquqi Uyğunluq

· Hüquqi risklərin qiymətləndirilməsi və qarşısının alınması planlarının hazırlanması

· Daxili siyasət və prosedurların hüquqi uyğunluğuna nəzarət

· Əmək, vergi, ətraf mühit və təhlükəsizlik qanunvericiliyi üzrə uyğunluq monitorinqi

4. Məhkəmə və İddiaların İdarə Edilməsi

· Şirkət adından məhkəmələrdə iştirak və hüquqi müdafiənin təşkili

· Borcların hüquqi yolla bərpası və mülki/kommersiya mübahisələrinin idarə olunması

· Mübahisəli hallarda hüquqi tədbirlərin müəyyən edilməsi və icrası üçün təkliflər hazırlamaq

· Xarici hüquq şirkətləri və məsləhətçilərlə əlaqə

5. Daxili Hüquqi Məsləhət və Maarifləndirmə

· Şirkətin bütün departamentlərinə hüquqi məsləhətlərin verilməsi

· Hüquq maarifləndirilməsi və etik davranış üzrə təlimlərin təşkili

· İşçilər üçün hüquqi qaydalar və məxfilik prinsipləri üzrə məlumatlandırma

Əlavə: Bütün hesabatlar Baş İnzibati direktora (CAO) verilir.

Tələblər

· Hüquq sahəsində ali təhsil (bakalavr mütləq, magistr dərəcəsi arzuolunandır);

· Hüquq sahəsində ixtisasartırma və ya peşəkar təlimlər üstünlükdür;

· Minimum 7 il hüquqi təcrübə (korporativ hüquq sahəsində üstünlük);

· Aqrar və ya istehsalat sahəsində hüquqi fəaliyyət üstünlükdür;

· Mülki, inzibati, cinayət və vergi qanunverciliyi bilmək;

· Daşınmaz əmlak hüququ, subsidiya mexanizmləri və törəmə şirkətlərlə hüquqi münasibətlər;

· Beynəlxalq ticarət müqavilələri ilə iş təcrübəsi üstünlük;

· Hüquqi yazışma və danışıqlar bacarığı;

· Müstəqil qərarvermə, etika, məxfilik və məsuliyyətlilik;

· Azərbaycan, rus və ingilis dillərində səlis danışıq və yazışma bacarığı;

· Microsoft Office və hüquqi sənəd dövriyyə sistemlərində təcrübə;