İşin təsviri
- Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin Elektron İnformasiya Sistemi (ƏMAS) vasitəsilə vaxtında daxil edilməsini təmin etmək;
- İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
- Tabelin cari ay üçün ilkin formasının hazılanması (işə qəbul, işdən azad, keçən aydan bu aya keçən məzuniyyətlər, növbəli işçilərin növbə axışının düzgünlüyü);
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət);
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
- İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişini həyata keçirmək;
- Müəyyən vəzifəyə keçən işçinin müvəqqəti əvəz olunmasını təşkil etmək
Tələblər
Təhsil:
- Ali;
Təcrübə:
- Müvafiq sahədə ən az 1-2 il iş təcrübəsi;
Dil bilikləri:
- Səlis Azərbaycan dili. İngilis dili arzu olunandır;
Texniki biliklər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və İnsan Resursları ilə bağlı digər qanunvericilik haqqında biliklər;
- MS Office və 1C proqramında sərbəst işləmək bacarığı;
Səriştə və bacarıqlar:
- Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
- Məxfilik tələb olunan məlumatlarla işləmə bacarığı.