İşin təsviri
- Müəssisənin inventar aktivlərinin alınması, hərəkəti, istifadəsi, dəyişdirilməsi, istismardan çıxarılması və silinməsi proseslərinə nəzarəti həyata keçirmək;
- İnventar aktivlərinin səmərəli və təyinatı üzrə istifadəsini təmin etmək, əsassız alışların, lazımsız dəyişdirmələrin, itkilərin və sui-istifadə hallarının qarşısını almaq;
- Müəssisəyə daxil olan inventarların faktiki qəbulunu, qeydiyyatını və aidiyyəti şəxslərə təhvil verilməsini nəzarətdə saxlamaq;
- Alınmış inventarların sifariş, satınalma sənədləri və faktiki ehtiyacla uyğunluğunu yoxlamaq;
- İstismar müddəti davam edən inventarların əsassız yenilənməsi və ya dəyişdirilməsi hallarının qarşısını almaq;
- Yeni inventarın alınması və ya mövcud inventarın dəyişdirilməsi ilə bağlı təqdim edilmiş müraciətlərin əsaslılığını qiymətləndirmək;
- Müəssisənin inventar aktivləri üzrə dövri inventarizasiya və audit yoxlamalarında iştirak etmək.
Tələblər
- Ali təhsil (İdarəetmə, Logistika, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır);
- İnventar uçotu, anbar əməliyyatları, daxili nəzarət, audit sahəsində biliklər;
- Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- İnventarizasiya, aktlaşdırma, hesabat və digər əlaqəli sənədlərin hazırlanması bacarığı;
- Lazım gəldikdə ezamiyyətlərə və əlavə iş saatlarına uyğunlaşmaq imkanına malik olmaq;
- Obyektiv qərarvermə və qərəzsiz qiymətləndirmə bacarığı.